https://sputnik.az/20220301/prezident-lham-eliyev-turkiye-ile-imzalanmis-sazisleri-tesdiqledi-439733590.html
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış sazişləri təsdiqlədi
Sputnik Azərbaycan
Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T16:18+0400
2022-03-01T16:18+0400
2022-03-01T16:18+0400
azərbaycan xəbərləri
türkiyə
azərbaycan
prezident ilham əliyev
sənəd
saziş
təsdiq
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_38:0:1000:541_1920x0_80_0_0_eda2ec36b5d4d252e3de2692696ebdd1.jpg
BAKI, 1 mart - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.Xatırladaq ki, ötən ilin noyabrında Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirlər "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş" imzalamışdı. Həmçinin 2021-ci ildə Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Hökumətlərarası sənədi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41731/97/417319772_279:0:1000:541_1920x0_80_0_0_55fee1547a0ff401adb3daafceb7f9ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev türkiyə ilə imzalanmış sazişləri təsdiqlədi
prezident ilham əliyev türkiyə ilə imzalanmış sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış sazişləri təsdiqlədi
Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
BAKI, 1 mart - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.
Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişlərin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.
Xatırladaq ki, ötən ilin noyabrında Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirlər "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş" imzalamışdı.
Həmçinin 2021-ci ildə Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Hökumətlərarası sənədi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.