https://sputnik.az/20220301/merkezi-bank-valyuta-ehtiyatlarini-aciqladi-439728285.html
Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı
Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı
Sputnik Azərbaycan
Bankdan verilən məlumata görə, valyuta ehtiyatları 7 milyard 158 milyon dollardır. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T18:05+0400
2022-03-01T18:05+0400
2022-03-01T20:33+0400
mərkəzi bank
iqtisadiyyat
valyuta
ehtiyat
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 1 mart — Sputnik. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, Bankdan verilən məlumata görə, valyuta ehtiyatları 7 milyard 158 milyon dollardır.Pul bazası isə 13 milyard 945 milyon manatdır. Bu, fevralın 1-i ilə müqayisədə 0,7% azdır.Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 22,3% azalıb, son 1 ildə isə 8,4% artıb.Beynəlxalq reytinq agentliyi manat ilə bağlı nə demişdi?Xatırladaq ki, bundan öncə "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyiblər ki, güman edirik ki, manat ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək."Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirmişdi.Xatırladaq ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank valyuta ehtiyatlarını açıqladı
mərkəzi bank valyuta ehtiyatlarını açıqladı
Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı
18:05 01.03.2022 (Yenilənib: 20:33 01.03.2022) Bankdan verilən məlumata görə, valyuta ehtiyatları 7 milyard 158 milyon dollardır.
BAKI, 1 mart — Sputnik. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, Bankdan verilən məlumata görə, valyuta ehtiyatları 7 milyard 158 milyon dollardır.
Pul bazası isə 13 milyard 945 milyon manatdır. Bu, fevralın 1-i ilə müqayisədə 0,7% azdır.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 22,3% azalıb, son 1 ildə isə 8,4% artıb.
Beynəlxalq reytinq agentliyi manat ilə bağlı nə demişdi?
Xatırladaq ki, bundan öncə "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyiblər ki, güman edirik ki, manat ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirmişdi.
Xatırladaq ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.