Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Karan Sinqin azərbaycanlı hərbi əsir haqda çəkdiyi filmin təqdimatı oldu - VİDEO

© Sputnik / Shahperi AbbasovaOğul kinosunun təqdimatı
Oğul kinosunun təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli filmi 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən hərbçi Natiq Qasımovun axtarışından bəhs edir.
BAKI, 1 mart — Sputnik. Fevralın 28-də Nizami Kino Mərkəzində "Oğul" sənədli filminin təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli filmi 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən hərbçi Natiq Qasımovun axtarışından bəhs edir. Tədbirdə yaradıcı heyətlə yanaşı, Natiq Qasımovun ailə üzvləri də iştirak ediblər.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev azərbaycanlıların Xocalı faciəsindən nəticə çıxardığını bildirib. Nazir müavini qeyd edib ki, Xocalı faciəsi haqqında olan filimdə Şuşada itkin düşən Azərbaycan oğlundan bəhs edilir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin qurulduğu bir vaxtda Xocalıda törədilən qətliam düşmənin əsl mahiyyətini üzə çıxardı. Ermənilər törətdikləri hadisələrə görə üzr istəmək haqqında düşünmürlər. Biz bu faciəni unutmamalıyıq.
Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan fotoqraf Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Filmdə həmçinin Vitali Ba
© Sputnik / Shahperi AbbasovaOğul kinosunun təqdimatı
Oğul kinosunun təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Oğul kinosunun təqdimatı
Qırx altı dəqiqəlik filmin görüntü rejissoru Simon Stanforddur.
Filmin rejissoru və ssenari müəllifi Karan Sinqlə həmsöhbət olduq. Sinq bildirir ki, bu film və bu mövzu təkcə Azərbaycana xas deyil. Bu, bəşəri bir mövzudur: Biz düşündük ki, bu hadsiəni hər kəs bilməlidir. Xüsusən bugünki dünyada ailənin hansısa üzvünün itkin düşərsə, bunun ailə üzvlərinin arasında hansı təsiri olacağını anlamaq çox vacibdir. Bu filmi çəkərkən bir çox çətinliklərlə qarşılaşdıq. Film çəkilən zaman Azərbaycan torpaqları hələ işğal altında idi. Biz həm Ermənistanda, həm Dağlıq Qarabağda, eyni zamanda bu hadisənin canlı şahidlərindən müsahibə aldıq. Bizim üçün əsas məqam bu idi ki, biz tamamilə tərəfsiz olaq. Ümumiyyətlə, hər hansısa bir hadisə baş veribsə, bunun hər iki tərəfi var. Biz də hər iki tərəfi göstərməyə çalışmışıq. Filmin ilk premyerası ABŞ-da baş verib və orada iki festivalda iştirak edib. Biz düşündük ki, Xocalı soyqrımın və Natiq Qasımovun itkin düşməsinin 30 illiyində həmin filmi Bakıda nümayiş etdirək.
Filmin rejissoru bildirib ki, filmin ideyası İtaliyada yaranıb və italyan hərbi fotoqraf Enriko Sarsinin dərc olunmamış fotoşəkillərinə əsaslanır: "Onunla söhbət edərkən başa düşdüm ki, bütün dünya bu hekayəni bilməlidir. Bu filmə baxan hər kəs, hazırda harada olmasından asılı olmayaraq, itkin düşən şəxsin ailə üzvlərinin nələr yaşadığını anlaya və hiss edə biləcək. Çəkiliş. filmə 2016-cı ildə başladığımız və 2019-cu ildə tamamladıq".
© Sputnik / Shahperi AbbasovaOğul kinosunun təqdimatı
Oğul kinosunun təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Oğul kinosunun təqdimatı
Nahidə Məmmədova Natiq Qasımovun bacısıdır. O da bu filmə ilk dəfə idi ki baxırdı. Nahidə xanım təəssüratlarını bölüşdü: "Son günə qədər ümidimiz var idi ki, Natiq sağdır. Filmin çəkilişləri olan vaxt onun öldüyünü bildik. Onun öldüyünü dəfələrlə demişdilər. Biz ona yas tutmadıq, inanırdıq ki, o gələcək. Sonradan xəbər gəldi ki, o işgəncələrlə öldürülüb. Heç olmasa qardaşımın bir məzarı olardı, bəlkə də bu qədər yandırmazdı bizi".
Asif İsmayılov filmdə Natiq Qasımovu canlandırıb. Simaca Natiqə bənzəyən Asif İsmayılov Gəncə Dövlət Dram Teatrının aktyorudur. Filmlə bağlı danışan aktyor bildirir ki, bu obrazı yaratmaq ona çox çətin olub: "Bu təklif mənə gələndə Natiq Qasımov haqqında araşdırma apardım. Bir daha əmin oldum ki, qəhrəmanlıq bizim genetikamızdadır. Çalışdım ki, bu obrazın öhdəsindən gəlim. Amma nə qədər də çalışsam da o obrazın orginalı Natiq Qasımovun mübarək vücududur. O bizim gələcək nəsillər üçün bir ibrətdir".
Məlumat üçün bildirək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdır. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.
© Sputnik / Shahperi AbbasovaOğul kinosunun təqdimatı zamanı
Oğul kinosunun təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Oğul kinosunun təqdimatı zamanı
2019-cu ildə Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədi ilə yaradılan "ASASmedya", Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0