NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında neft bahalaşdı

© REUTERS / Agustin MarcarianНефтяной насос
Нефтяной насос - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Treyderlər Ukrayna ətrafında cərəyan edən hadisələr səbəbindən neftin tədarükündə fasilələrin yarana biləcəyindən narahatdırlar.
BAKI, 1 mart — Sputnik. Treyderlər arasında tədarüklə bağlı narahatlıqların qalması dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, "Brent" markalı neftin may fyuçersləri 1,01% bahalaşaraq, 98,96 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,88% artaraq, 1 bareli 96,56 ABŞ dolları təşkil edib.
Treyderlər Ukrayna ətrafında cərəyan edən hadisələr səbəbindən neftin tədarükündə fasilələrin yarana biləcəyindən narahatdırlar. Artıq bir sıra ölkələr hərbi əməliyyatlara cavab olaraq, Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Strateji ehtiyatlardan neftin buraxılması haqqında xəbərlər də neft qiymətlərinə əhəmiyyətli təsir göstərir. Belə ki, daha əvvəl ABŞ-ın və Beynəlxalq Enerji Agentiyinə (IEA) üzv ölkələrin öz strateji ehtiyatlarından 70 milyon barel nefti bazara çıxara biləcəyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Bu barədə məlumatı "Report"a neft bazarındakı mənbə məlumat verib.
Qeyd edək ki, fevralın 23-də dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,35% və ya 1,34 dollar bahalaşaraq 100,68 dollara bərabər olub.
Bununla yanaşı, hazırda dünya bazarında neft markalarının etalon qiymətlərində cüzi ucuzlaşma müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0