Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək - Nazir

Bağça - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
"Nümunəvi suallarla bağlı müəyyən dəyişikliklər olacaq. Novruz bayramından sonra ictimaiyyətə əlavə məlumat veriləcək".
BAKI, 1 mart — Sputnik. "Uşaqların bağçalara qəbulu ilə bağlı işlər davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, sentyabr ayı üçün qəbul onlayn qaydada mərkəzləşdirilmiş qaydada olacaq: "Xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il vakansiyaların elan edilməsi və işə qəbul aparılacaq. Nümunəvi suallarla bağlı müəyyən dəyişikliklər olacaq. Novruz bayramından sonra ictimaiyyətə əlavə məlumat veriləcək".
O deyib ki, şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə yay aylarından başlanılacaq.
Emin Əmrullayev bildirib ki, artıq sentyabrda məktəbəqədər təhsil müəssisələrinə şagirdlərin qəbulu yay aylarından onlayn qaydada mərkəzləşmiş qaydada həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.
Qeyd edək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq. Məlumat üçün bildirək ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0