Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bayram xonçasının qiyməti - Bazarda vəziyyət - FOTO

© Sputnik / Irade JELILXonça
Xonça - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Qiymətlər yüksək olduğu üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Satıcılar da alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənirlər.
BAKI, 1 mart — Sputnik. Artıq bir neçə gündür ki, paytaxtda Novruzun gəlişi ilə əlaqədar bayram yarmarkaları açılıb. Maraqlıdır, bayram xonçasının hazırlanması neçəyə başa gəlir? Sputnik Azərbaycan yarmarkalardakı qiymətləri öyrənib:
Paytaxtın müxtəlif ərazilərində təşkil olunan yarmarkalarda qiymətlər heç də aşağı deyil. Belə ki, mağazalarda 4 manata olan yerfındığı yarmarkalarda daha yüksək qiymətə 5 manata satılır.
Qiymətlər yüksək olduğu üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Satıcılar da alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənirlər.
© Sputnik / Nigar IskanderovaYarmarkalardakı qiymətlər
Yarmarkalardakı qiymətlər - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Yarmarkalardakı qiymətlər
Rasim adlı satıcı deyir ki, il-ildən daha çətin gəlir:
"Ötən il də deyirdik ki, alıcılıq qabiliyyəti aşağıdır. Bu il alıcılıq qabiliyyəti ondan da aşağıdır. Biz nə edək, digər məhsullar da bahalaşıb, biz də evə çörək pulu aparmalıyıq".
Alıcılar isə yarmarkalardan daha çox topdan satışın olduğu bazarlara, 8-ci kilometr bazarına üz tutmağa üstünlük verdiklərini deyirlər. Alıcı Almaz xanım da qiymətlərdən narazıdır:

"Yolüstüdür, dedim, bəlkə sərfəli olar, alaram. Amma 8-ci kilometr bazarı ilə müqayisədə qiymətlər çox yüksəkdir. "Vasmoy" bazarı ilə müqayisədə burada qiymətlər azı 1-2 manat daha yüksəkdir. Bayram süfrəsi açmaq elə də asan deyil. Gərək ucuz yer tapasan ki, xərcin çox çıxmasın".

Yarmarkalardakı qiymətlərə nəzər yetirək:
Qoz ləpəsinin qiyməti 13-25, fındıq ləpəsinin qiyməti 12, qovrulmuş və təmizlənmiş fındıq ləpəsi 15, ərik qurusu 13-15, qara gavalı 8 manatdır. Xurma qurusu 2.50, İran xurması 6, şabalıd 9, innab və iydə 5-10 manat, kişmiş 8-9, qara kişmiş 12 manatdır.
© Sputnik / Nigar IskanderovaYarmarkalardakı qiymətlər
Yarmarkalardakı qiymətlər - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Yarmarkalardakı qiymətlər
Yarmarkada badamın kilosu 6 manat, qabıqlı fındıq 7, qabıqlı qoz 5 manatdır. Maraqlıdır ki, üz tutduğumuz yarmarkaların heç birində püstə satışı ilə rastlaşmadıq. Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda püstə çox bahalaşıb. Bəzi supermarketlərdə püstənin qiyməti 59 manatadək qalxıb.
Maraqlıdır, indiki qiymətlərlə çərşənbə axşamlarında ləbləbi və bayram şirnisinin ümumi qiyməti nə qədər olur?
Təkcə ləbləbi ilə bayram bazarlığının qiyməti təxminən 100-125 manat arasında dəyişir. Şəkərbura, paxlava, qoğal bişirmək üçün lazım olan azuqələri də siyahıya əlavə etsək, bayram xonçasının qiyməti artacaq:
Bayram üçün bayram yarmarkalarında və iri marketlərdə şirniyyatların hazırlanmasında istifadə olunan məhsulların qiymətinə nəzər salaq:
Vanil 0.9-0.19 AZN
Mixək - 1.75- 3.45
Un - 1.50 AZN
Şəkər tozu - 1.35 - 1.60 AZN
Sarıkök - 0.55 - 1.90
Kərəyağı - 1000 qr - 18.60 AZN
Qaymaq - 2.35 - 5.30 AZN
Yumurta 0.14 qəpik
Süd - yağlılıq dərəcəsindən asılı olaraq 1.95 - 3.00 AZN
Göründüyü kimi bayram xonçasının hazırlanması təxminən 175-200 manat vəsait tələb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Празднование йел чершенбеси в Баку - Sputnik Azərbaycan, 1920, 05.03.2024
CƏMİYYƏT
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur
Xəbər lenti
0