Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Mərkəzi Bankının maliyyə aktivlərinin yarısı dondurulacaq

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidСбербанк России
Сбербанк России - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
Jozef Borrel deyib ki, Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərini iflic edəcək mühüm məhdudlaşdırıcı tədbirlər görülüb.
BAKI, 28 fevral - Sputnik. Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiya Mərkəzi Bankının maliyyə aktivlərinin təxminən yarısını dondurmaq qərarına gəliblər.
Bunu Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra keçirilən mətbuat konfransında Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib.

"Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərini iflic edəcək mühüm məhdudlaşdırıcı tədbirlər görülüb. Mərkəzi Bankın maliyyə ehtiyatlarının yarısından çoxu və ya ən azı yarısına yaxını dondurulacaq. Bu, Rusiyanın maliyyə sisteminə ciddi təsir edəcək”, - Borrel bildirib.

Qeyd edək ki, G7 ölkələrinin xarici işlər nazirləri Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın da iştirak etdiyi toplantıda Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirməyə razılaşıblar.
“Böyük Yeddilik” qrupunun (G7) üzvləri həmçinin Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
RİA Novosti-nin xəbərinə görə, bunu G7 xarici işlər nazirlərinin görüşündən sonra Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
"G7 və Ukrayna xarici işlər nazirlərinin mühüm görüşü. Bizim aydın mövqeyimiz var: (Rusiya prezidenti Vladimir - red.) Putin məğlub olmalıdır, Ukraynanın suverenliyi bərpa edilməlidir. Biz Ukraynanın müdafiə silahları və avadanlıqları ilə təchizatını davam etdirmək barədə razılığa gəldik ", - deyə Trass Twitter-də yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları sərtləşdirməyə razılaşıblar.
G7 ölkələri həmçinin Rusiyanın Ukraynaya və xalqına vurduğu hər hansı zərərə görə məsuliyyət daşıyacağını bildiriblər.
Onlar qeyd ediblər ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verəcək status dəyişikliklərini tanımırlar.
Daha əvvəl müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə Putin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
O bildirib ki, “NATO-nun aparıcı ölkələrinin yüksək vəzifəli şəxsləri də ölkəmizə qarşı aqressiv bəyanatlara yol verir”.
Ağ Ev cavab olaraq NATO-nun Rusiyanı təhdid etmədiyini bildirib və Putinin əmrini “mövcud olmayan” təhdidlərə cavab adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Xəbər lenti
0