https://sputnik.az/20220228/qisqancliq-qetlle-bitdi---foto-439696036.html
Qısqanclıq qətllə bitdi - FOTO
Qısqanclıq qətllə bitdi - FOTO
Sputnik Azərbaycan
23 yaşlı Aytac Piriyevanın yazıldığı kompüter kursunda qrup yoldaşları ilə çəkdirdiyi şəkil əmisi oğlu Piriyevin qəzəbinə səbəb olub. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T18:20+0400
2022-02-28T18:20+0400
2022-02-28T18:20+0400
şəmkir
cəmiyyət
qətl
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439694407_357:0:3628:1840_1920x0_80_0_0_37062ebdf359c8239d39fe658ff36bf8.jpg
BAKI, 28 fevral — Sputnik. Şəmkirdə dəhşətli qətl törədilib. Hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 1998-ci il təvəllüdlü Piri Piriyev əmisi qızı Aytac Piriyevanı qətlə yetirib. İlkin məlumata görə, Piri əmisi qızının yaşadığı evə gəlib. Onunla söhbəti olduğunu bildirib və qadını kəndin dağlıq adlanan ərazisinə aparıb. Daha sonra isə onun boğaz nahiyəsini kəsərək qətlə yetirib.Yaxınlarının sözlərinə görə, tərəflər arasında mübahisə foto üstündə düşüb. Belə ki, 23 yaşlı Aytac Piriyevanın yazıldığı kompüter kursunda qrup yoldaşları ilə çəkdirdiyi şəkil əmisi oğlu Piriyevin qəzəbinə səbəb olub.Kənd sakini Tofiq Qarayev hadisə iştirakçıları arasında indiyədək heç bir ədavət olmadığını söyləyib:“Eşitdik ki, camaat yığılıb. Piri belə bir hadisə törədib. Əmiuşağı idilər. Biz də eşidəndə çox təəccübləndik. Bilmirik, nəyə görə baş verib".İlkin istintaq zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində baş verib və Piri Piriyev əmisi qızını Suludərə adlanan ərazidə öldürüb.Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli hadisənin qısqanclıq zəminində baş verdiyini bildirib.“Aparılan ilkin təxirəsalınmaz istintaq hərəkətləri ilə müəyyən edilib ki, 27 fevral 2022-ci il tarixdə 1998-ci il təvəllüdlü Piriyev Piri Əli oğlu qısqanclıq niyyəti ilə, qisas almaq və öldürmək məqsədi ilə A.Piriyevanı Suludərə ərazisinə aparıb. Əvvəlcədən hazırlamış mətbəx bıçağı ilə əmisi qızı, 1998-ci il təvəllüdlü Piriyeva Aytac Famil qızının boğaz nahiyəsini hissəvi kəsərək qəsdən öldürüb və hadisədən sonra Şəmkir rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinə gələrək törətdiyi cinayəti etiraf edib”.Qeyd edək ki, Aytac Piriyeva bir müddət öncə ailəsindən boşanaraq anası və qardaşı ilə birlikdə İrmaşlı kəndində yaşayıb. Mərhumun bir azyaşlı oğlu var. Cinayəti törədən 23 yaşlı Piri Piriyev subay olub. Artıq faktla bağlı rayon prokrorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439694407_766:0:3219:1840_1920x0_80_0_0_6fed99d7fa3bdc607b7f557345c323c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
şəmkirdə qadının boğazı kəsilərək qətlə yetirilib.
şəmkirdə qadının boğazı kəsilərək qətlə yetirilib.
Qısqanclıq qətllə bitdi - FOTO
23 yaşlı Aytac Piriyevanın yazıldığı kompüter kursunda qrup yoldaşları ilə çəkdirdiyi şəkil əmisi oğlu Piriyevin qəzəbinə səbəb olub.
BAKI, 28 fevral — Sputnik. Şəmkirdə dəhşətli qətl törədilib. Hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 1998-ci il təvəllüdlü Piri Piriyev əmisi qızı Aytac Piriyevanı qətlə yetirib. İlkin məlumata görə, Piri əmisi qızının yaşadığı evə gəlib. Onunla söhbəti olduğunu bildirib və qadını kəndin dağlıq adlanan ərazisinə aparıb. Daha sonra isə onun boğaz nahiyəsini kəsərək qətlə yetirib.
Yaxınlarının sözlərinə görə, tərəflər arasında mübahisə foto üstündə düşüb. Belə ki, 23 yaşlı Aytac Piriyevanın yazıldığı kompüter kursunda qrup yoldaşları ilə çəkdirdiyi şəkil əmisi oğlu Piriyevin qəzəbinə səbəb olub.
Kənd sakini Tofiq Qarayev hadisə iştirakçıları arasında indiyədək heç bir ədavət olmadığını söyləyib:
“Eşitdik ki, camaat yığılıb. Piri belə bir hadisə törədib. Əmiuşağı idilər. Biz də eşidəndə çox təəccübləndik. Bilmirik, nəyə görə baş verib".
İlkin istintaq zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində baş verib və Piri Piriyev əmisi qızını Suludərə adlanan ərazidə öldürüb.
Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli hadisənin qısqanclıq zəminində baş verdiyini bildirib.
“Aparılan ilkin təxirəsalınmaz istintaq hərəkətləri ilə müəyyən edilib ki, 27 fevral 2022-ci il tarixdə 1998-ci il təvəllüdlü Piriyev Piri Əli oğlu qısqanclıq niyyəti ilə, qisas almaq və öldürmək məqsədi ilə A.Piriyevanı Suludərə ərazisinə aparıb. Əvvəlcədən hazırlamış mətbəx bıçağı ilə əmisi qızı, 1998-ci il təvəllüdlü Piriyeva Aytac Famil qızının boğaz nahiyəsini hissəvi kəsərək qəsdən öldürüb və hadisədən sonra Şəmkir rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinə gələrək törətdiyi cinayəti etiraf edib”.
Qeyd edək ki, Aytac Piriyeva bir müddət öncə ailəsindən boşanaraq anası və qardaşı ilə birlikdə İrmaşlı kəndində yaşayıb. Mərhumun bir azyaşlı oğlu var. Cinayəti törədən 23 yaşlı Piri Piriyev subay olub. Artıq faktla bağlı rayon prokrorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.