Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezident sənətkarı doğum günündə təltif etdi

© Sputnik / Murad OrujovEldar Mansurov
Eldar Mansurov - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
BAKI, 28 fevral — Sputnik. Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün məşhur bəstəkar, Xalq artisti Eldar Mansurovun doğum günüdür.
Eldar Mansurov 1952-ci ildə Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0