https://sputnik.az/20220228/kreml-putinin-nuve-quvveleri-barede-emrine-kimin-bais-oldugunu-aciqladi-439709613.html
Kreml Putinin nüvə qüvvələri barədə əmrinə kimin bais olduğunu açıqladı
Kreml Putinin nüvə qüvvələri barədə əmrinə kimin bais olduğunu açıqladı
Sputnik Azərbaycan
Kremlin sözçüsü Dmitri Peskov Putinin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstərişinin nədən qaynaqlandığına aydınlıq... 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T21:00+0400
2022-02-28T21:00+0400
2022-03-01T10:08+0400
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
nato
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071546_0:166:3051:1882_1920x0_80_0_0_50facd27b2721577b40e83a379f26b67.jpg
BAKI, 28 fevral - Sputnik. Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə Böyük Britaniya Xarici İşlər Nazirinin başçısının sözləri səbəb olub. Bunu Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, müxtəlif səviyyələrdə müxtəlif nümayəndələr tərəfindən NATO ilə Rusiya arasında mümkün toqquşmalar barədə bəyanatlar verilib: “Biz hesab edirik ki, bu cür bəyanatlar qətiyyən qəbuledilməzdir. Mən bu bəyanatların müəlliflərinin adlarını açıqlamazdım, baxmayaraq ki, bu, Böyük Britaniyanın xarici işlər naziri idi”.Qeyd edək ki, Liz Trass bir neçə gün əvvəl Rusiyanın dayandırılmadığı təqdirdə digər dövlətlərin təhdid oluna biləcəyini və bunun NATO ilə toqquşmaya gətirib çıxaracağını söyləmişdi.Ötən gün G7 ölkələrinin xarici işlər nazirləri Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın da iştirak etdiyi toplantıda Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirməyə razılaşıblar.“Böyük Yeddilik” qrupunun (G7) üzvləri həmçinin Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.Bunu G7 xarici işlər nazirlərinin görüşündən sonra Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib."G7 və Ukrayna xarici işlər nazirlərinin mühüm görüşü. Bizim aydın mövqeyimiz var: (Rusiya prezidenti Vladimir - red.) Putin məğlub olmalıdır, Ukraynanın suverenliyi bərpa edilməlidir. Biz Ukraynanın müdafiə silahları və avadanlıqları ilə təchizatını davam etdirmək barədə razılığa gəldik ", - deyə Trass Twitter-də yazıb.Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları sərtləşdirməyə razılaşıblar.G7 ölkələri həmçinin Rusiyanın Ukraynaya və xalqına vurduğu hər hansı zərərə görə məsuliyyət daşıyacağını bildiriblər.Onlar qeyd ediblər ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verəcək status dəyişikliklərini tanımırlar.Putinin ordunun xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə əmriDaha əvvəl müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə Putin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.O bildirib ki, “NATO-nun aparıcı ölkələrinin yüksək vəzifəli şəxsləri də ölkəmizə qarşı aqressiv bəyanatlara yol verir”.Ağ Ev cavab olaraq NATO-nun Rusiyanı təhdid etmədiyini bildirib və Putinin əmrini “mövcud olmayan” təhdidlərə cavab adlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlibPutin ordunun xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsini əmr etdi - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071546_160:0:2891:2048_1920x0_80_0_0_d740817a4a89c5e7456ee1a0fc278b20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml suçu britaniya xin başçısının üstünə atdı
kreml suçu britaniya xin başçısının üstünə atdı
Kreml Putinin nüvə qüvvələri barədə əmrinə kimin bais olduğunu açıqladı
21:00 28.02.2022 (Yenilənib: 10:08 01.03.2022) Kremlin sözçüsü Dmitri Peskov Putinin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstərişinin nədən qaynaqlandığına aydınlıq gətirdi.
BAKI, 28 fevral - Sputnik. Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə Böyük Britaniya Xarici İşlər Nazirinin başçısının sözləri səbəb olub.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müxtəlif səviyyələrdə müxtəlif nümayəndələr tərəfindən NATO ilə Rusiya arasında mümkün toqquşmalar barədə bəyanatlar verilib:
“Biz hesab edirik ki, bu cür bəyanatlar qətiyyən qəbuledilməzdir. Mən bu bəyanatların müəlliflərinin adlarını açıqlamazdım, baxmayaraq ki, bu, Böyük Britaniyanın xarici işlər naziri idi”.
Qeyd edək ki, Liz Trass bir neçə gün əvvəl Rusiyanın dayandırılmadığı təqdirdə digər dövlətlərin təhdid oluna biləcəyini və bunun NATO ilə toqquşmaya gətirib çıxaracağını söyləmişdi.
Ötən gün G7 ölkələrinin xarici işlər nazirləri Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın da iştirak etdiyi toplantıda Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirməyə razılaşıblar.
“Böyük Yeddilik” qrupunun (G7) üzvləri həmçinin Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
Bunu G7 xarici işlər nazirlərinin görüşündən sonra Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
"G7 və Ukrayna xarici işlər nazirlərinin mühüm görüşü. Bizim aydın mövqeyimiz var: (Rusiya prezidenti Vladimir - red.) Putin məğlub olmalıdır, Ukraynanın suverenliyi bərpa edilməlidir. Biz Ukraynanın müdafiə silahları və avadanlıqları ilə təchizatını davam etdirmək barədə razılığa gəldik ", - deyə Trass Twitter-də yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları sərtləşdirməyə razılaşıblar.
G7 ölkələri həmçinin Rusiyanın Ukraynaya və xalqına vurduğu hər hansı zərərə görə məsuliyyət daşıyacağını bildiriblər.
Onlar qeyd ediblər ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verəcək status dəyişikliklərini tanımırlar.
Putinin ordunun xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə əmri
Daha əvvəl müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə Putin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
O bildirib ki, “NATO-nun aparıcı ölkələrinin yüksək vəzifəli şəxsləri də ölkəmizə qarşı aqressiv bəyanatlara yol verir”.
Ağ Ev cavab olaraq NATO-nun Rusiyanı təhdid etmədiyini bildirib və Putinin əmrini “mövcud olmayan” təhdidlərə cavab adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.