https://sputnik.az/20220228/bakida-qeza-olen-var---foto-439692779.html
Bakıda qəza, ölən var - FOTO
Bakıda qəza, ölən var - FOTO
Sputnik Azərbaycan
Qəza ilə əlaqədar ASK ARENA-dan "Koroğlu" metrosu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T16:38+0400
2022-02-28T16:38+0400
2022-02-28T16:38+0400
hadisə
qəza
bakı
heydər əliyev prospekti
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436665259_0:154:3094:1894_1920x0_80_0_0_e372bd91188fb70fe909c7683afd0676.jpg
BAKI, 28 fevral — Sputnik. Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, şəhər mərkəzi və "Koroğlu" metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.Sıxlığın baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən yarandığı qeyd olunub. Qəza ilə əlaqədar ASK ARENA-dan "Koroğlu" metrosu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.APA-nın əldə etdiyi xəbərə görə, Heydər Əliyev prospektində avtomobil piyada qadını vurub. Təxminən 45-50 yaşlarında olan qadın hadisə yerində ölüb.Qeyd edək ki, bir neçə gün öncə ağır qəza baş vermişdi. Ələt-Astara magistralında baş verən qəzada 2 nəfər dünyasını dəyişmişdi.Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
heydər əliyev prospekti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436665259_182:0:2913:2048_1920x0_80_0_0_2c93e0d9ffa013c7ce2e0b0d6978163c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakıda qəza, ölən var - foto
bakıda qəza, ölən var - foto
Bakıda qəza, ölən var - FOTO
Qəza ilə əlaqədar ASK ARENA-dan "Koroğlu" metrosu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
BAKI, 28 fevral — Sputnik. Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, şəhər mərkəzi və "Koroğlu" metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.
Sıxlığın baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən yarandığı qeyd olunub. Qəza ilə əlaqədar ASK ARENA-dan "Koroğlu" metrosu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Heydər Əliyev prospektində avtomobil piyada qadını vurub. Təxminən 45-50 yaşlarında olan qadın hadisə yerində ölüb.
Qeyd edək ki, bir neçə gün öncə ağır qəza baş vermişdi. Ələt-Astara magistralında baş verən qəzada 2 nəfər dünyasını dəyişmişdi.
Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.