Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xarkova qonaq gedən azərbaycanlı gənc küçədə aldığı güllə yarasından həlak olub

© REUTERS / STRINGERUkraynada vəziyyət
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 27.02.2022
Abunə olmaq
Hazırda Azərbaycanın Xarkovdakı konsulluğunun da dəstəyi ilə Qoşqar Məmmədovun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.
BAKI, 27 fevral - Sputnik. Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu Qoşqar Məmmədov güllələnib.
Katib Məmmədov özü qardaşı oğlu Qoşqar Məmmədovun güllələndiyini təsdiqləyib.
O, APA-ya açıqlamasında bildirib ki, Xarkova qonaq gəlmiş Q.Məmmədov silahsız, mülki şəxs olduğu halda, ona atəş açılıb və o, həyatını itirib.
Hazırda Azərbaycanın Xarkovdakı konsulluğunun da dəstəyi ilə Q. Məmmədovun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də bu gün Q. Məmmədovun nəşinin imkan yaranan ilk fürsətdə Azərbaycana göndərilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.
***
Ukraynada baş verən hadisələr zamanı həlak olan azərbaycanlıların sayı 7-yə çatıb.
Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
***
Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.
Report-un məlumatına görə, hər üç şəxs yaxın qohumdurlar.
***
Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs Azərbaycandan qonaq gəlib və küçədə atışma zamanı güllələnib.
S.Adığözəlli, həmçinin vurğulayıb ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.
***
Fevralın 25-də Rusiya hərbi qüvvələrinin Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azərbaycanlı ailə həlak olub.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.
“Bu gün Rusiyanın Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində Azərbaycanın Cəbrayıl rayonundan olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və uşaqları həlak olub.
Biz dərin hüznlə başsağlığı verir və bütün dünyanı susmamağa çağırırıq! Allah ölənlərə rəhmət eləsin!”, - səfir sosial şəbəkə hesabında yazıb.
Beləliklə, Rusiya-Ukrayna hərbi qarşıdurması zamanı 7 mülki azərbaycanlının həlak olduğu məlumdur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Səfirlikdən Ukraynada hərbi əməliyyatlar zamanı həlak olan azərbaycanlılar barədə açıqlama
Zelenski Rusiya ilə danışıqların nəticələrinə çox da inanmadığını deyib
Belarusla sərhəddə Rusiya-Ukrayna danışıqları başlamaq üzrədir
Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli oldu
Xəbər lenti
0