https://sputnik.az/20220227/ukraynadan-gelen-azerbaycanlilarla-bagli-novbeti-xeber-439659529.html
Ukraynadan gələn azərbaycanlılarla bağlı növbəti xəbər
Ukraynadan gələn azərbaycanlılarla bağlı növbəti xəbər
Sputnik Azərbaycan
Ukraynada yaşayan azərbaycanlı buildirib ki, hazırda sərhədi keçən azərbaycanlılar Azərbaycanın Moldova səfirliyindədirlər. 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T15:22+0400
2022-02-27T15:22+0400
2022-02-27T15:22+0400
ukrayna
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439604301_0:160:3072:1888_1920x0_80_0_0_8f7befb1b684c1bf972fd24dfb3cb69f.jpg
BAKI, 27 fevral — Sputnik. Ukraynadan Moldova sərhədinə keçən 160 nəfər azərbaycanlı martın 1-də Azərbaycanda olacaq.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Ukraynada işləyən azərbaycanlı Emin Xəlilov deyib.O bildirib ki, hazırda sərhədi keçən azərbaycanlılar Azərbaycanın Moldova səfirliyindədirlər: "Biz 113 nəfər Ukraynada işləyən azərbaycanlılar və 20 nəfərə yaxın bizim əməkdaşların ailə üzvləri Ukrayna sərhədini keçib Moldovaya gəlmişik. Bizə Azərbaycanın Ukraynadakı səfirliyindən də kömək etdilər, burada yerləşməyimizə də səfirlik kömək göstərib. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bizi qəbul edib. Bizim Rumıniyaya keçməyimiz üçün də Azərbaycanın Moldovadakı səfirliyi lazımi addımları atır. Mart ayının 1-i Azərbaycana uçuşumuz gözlənilir".E. Xəlilov qeyd edib ki, onlar üçün 160 nəfər tutumlu təyyarə ayrılıb: "Həmin təyyarəyə əlavə 30 nəfər qadın və uşaq da götürüləcək. Bununla bağlı Səfir Qüdsi Osmanovla da danışdıq. Hazırda səfirlik tərəfindən bu məsələ ilə məşğul olurlar. Təyyarə tam dolu şəkildə Azərbaycana gələcək. Bizdən əlavə də də Moldovadakı səfirliyimizə Ukrayna sərhədini keçib gələn azərbaycanlılar var, onlara da səfirlik tərəfindən kömək göstərilir. Dəqiq say barədə tam məlumat yoxdur".E. Xəliov nəzərə çatdırıb ki, Ukraynada vaksin olunanlarla bağlı Moldova sərhədini keçəndə heç bir problem olmur:"Vaksin olunmayanlardan isə təmənnasız test götürülür. Viza da tələb edilmir".Xatırladaq ki, ötən gün Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova demişdi ki, azərbaycanlılara mümkün olan köməkliyi göstərməyə çalışırlar:"Artıq Azərbaycan Xarici İşlər Nazirliyi soydaşlarımızın Ukraynadan çıxarılması üçün üç marşrut müəyyən edib. Onlardan ən təhlükəsizi Moldova marşrutudur. Çünki nisbətən qısadır, 600 km-ə yaxındır, Ruminiya sərhədinə isə 500 km-dir. Oradan isə təyyarə ilə İstanbula, daha sonra Bakıya uçmaq mümkündür. Əlbəttə ki, bu uzun marşrutdur, lakin ən realı budur. Xarici İşlər Nazirliyi bizə Polşa və Slovakiya marşrutunu da tövsiyə edib. Orada problemlər yaranmaqdadır. Hazırda 100-ə yaxın soydaşımız Polşa sərhədində cəmləşib. Ukrayna sərhədçiləri onları nəyəsə görə buraxmır. Baxmayaraq ki, bizim XİN bu barədə Polşa XİN-lə danışıqlar aparıb və sövdələşmə əldə edib. Lakin soydaşlarımızı buraxmırlar. Bunu Azərbaycan XİN-ə də çatdırmışıq. Orada vəziyyət gərgindir”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439604301_171:0:2902:2048_1920x0_80_0_0_c13b788a4bee4db0f37de2ac403c9e95.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna
Ukraynadan gələn azərbaycanlılarla bağlı növbəti xəbər
Ukraynada yaşayan azərbaycanlı buildirib ki, hazırda sərhədi keçən azərbaycanlılar Azərbaycanın Moldova səfirliyindədirlər.
BAKI, 27 fevral — Sputnik. Ukraynadan Moldova sərhədinə keçən 160 nəfər azərbaycanlı martın 1-də Azərbaycanda olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Ukraynada işləyən azərbaycanlı Emin Xəlilov deyib.
O bildirib ki, hazırda sərhədi keçən azərbaycanlılar Azərbaycanın Moldova səfirliyindədirlər: "Biz 113 nəfər Ukraynada işləyən azərbaycanlılar və 20 nəfərə yaxın bizim əməkdaşların ailə üzvləri Ukrayna sərhədini keçib Moldovaya gəlmişik. Bizə Azərbaycanın Ukraynadakı səfirliyindən də kömək etdilər, burada yerləşməyimizə də səfirlik kömək göstərib. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bizi qəbul edib. Bizim Rumıniyaya keçməyimiz üçün də Azərbaycanın Moldovadakı səfirliyi lazımi addımları atır. Mart ayının 1-i Azərbaycana uçuşumuz gözlənilir".
E. Xəlilov qeyd edib ki, onlar üçün 160 nəfər tutumlu təyyarə ayrılıb: "Həmin təyyarəyə əlavə 30 nəfər qadın və uşaq da götürüləcək. Bununla bağlı Səfir Qüdsi Osmanovla da danışdıq. Hazırda səfirlik tərəfindən bu məsələ ilə məşğul olurlar. Təyyarə tam dolu şəkildə Azərbaycana gələcək. Bizdən əlavə də də Moldovadakı səfirliyimizə Ukrayna sərhədini keçib gələn azərbaycanlılar var, onlara da səfirlik tərəfindən kömək göstərilir. Dəqiq say barədə tam məlumat yoxdur".
E. Xəliov nəzərə çatdırıb ki, Ukraynada vaksin olunanlarla bağlı Moldova sərhədini keçəndə heç bir problem olmur:
"Vaksin olunmayanlardan isə təmənnasız test götürülür. Viza da tələb edilmir".
Xatırladaq ki, ötən gün Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova demişdi ki, azərbaycanlılara mümkün olan köməkliyi göstərməyə çalışırlar:
"Artıq Azərbaycan Xarici İşlər Nazirliyi soydaşlarımızın Ukraynadan çıxarılması üçün üç marşrut müəyyən edib. Onlardan ən təhlükəsizi Moldova marşrutudur. Çünki nisbətən qısadır, 600 km-ə yaxındır, Ruminiya sərhədinə isə 500 km-dir. Oradan isə təyyarə ilə İstanbula, daha sonra Bakıya uçmaq mümkündür. Əlbəttə ki, bu uzun marşrutdur, lakin ən realı budur. Xarici İşlər Nazirliyi bizə Polşa və Slovakiya marşrutunu da tövsiyə edib. Orada problemlər yaranmaqdadır. Hazırda 100-ə yaxın soydaşımız Polşa sərhədində cəmləşib. Ukrayna sərhədçiləri onları nəyəsə görə buraxmır. Baxmayaraq ki, bizim XİN bu barədə Polşa XİN-lə danışıqlar aparıb və sövdələşmə əldə edib. Lakin soydaşlarımızı buraxmırlar. Bunu Azərbaycan XİN-ə də çatdırmışıq. Orada vəziyyət gərgindir”.