https://sputnik.az/20220227/rusiya-ve-turkiye-xn-bascilari-ukraynadaki-son-veziyyeti-tehlil-edibler-439665199.html
Rusiya və Türkiyə XİN başçıları Ukraynadakı son vəziyyəti təhlil ediblər
Rusiya və Türkiyə XİN başçıları Ukraynadakı son vəziyyəti təhlil ediblər
Sputnik Azərbaycan
Ukraynadakı mövcud vəziyyətdən Türkiyənin narahatlığını ifadə edən Mövlud Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində ciddi fəaliyyətin vacib olduğunu... 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T18:54+0400
2022-02-27T18:54+0400
2022-02-28T18:21+0400
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352655_0:0:2984:1679_1920x0_80_0_0_1ea0fe352ced6a135738b8bbf7e27282.jpg
BAKI, 27 fevral - Sputnik. Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.Telefon danışığı zamanı tərəflər Ukraynadakı humanitar durumu müzakirə ediblər.Ukraynadakı mövcud vəziyyətdən Türkiyənin narahatlığını ifadə edən Mövlud Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində ciddi fəaliyyətin vacib olduğunu bildirib.Eyni zamanda Ukraynada sülhün təmin edilməsi də müzakirə olunub.Bundan əvvəl Mövlud Çavuşoğlu Ukraynadan təxliyə edilmək istəyən 6600-ə qədər Türkiyə vətəndaşını oradan çıxarmağa çalışdıqlarını bildirib. Çavuşoğlu, Ukrayna torpaqlarındakı vəziyyətin müharibə ilə nəticələndiyini, Türkiyənin Montrö Konvensiyasının bütün hökmlərinin şəffaf bir şəkildə tətbiq olunacağını bildirib: "Montrö Konvensiyası sahilyanı və qeyri-sahil ölkələrin hərbi gəmilərinin Qara dənizdən keçidini tənzimləyir. Türkiyə indiyə qədər konvensiyaya ciddi əməl edib, biz Montrö Konvensiyasının 19-cu maddəsini şəffaf şəkildə həyata keçirəcəyik. İlkin olaraq bu, sadəcə Rusiyanın hücumu idi. Biz bunu mütəxəssislərlə, hərbçilərlə, hüquqşünaslarla qiymətləndirdik. İndi isə bu, müharibəyə çevrilib. Bu, hərbi əməliyyat deyil, müharibədir”.Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli olduZelenski Rusiya ilə görüş yerini açıqladıRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedibZelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdiRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352655_255:0:2984:2047_1920x0_80_0_0_857c8c644c617d551e1564739ccae15c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
Rusiya və Türkiyə XİN başçıları Ukraynadakı son vəziyyəti təhlil ediblər
18:54 27.02.2022 (Yenilənib: 18:21 28.02.2022) Ukraynadakı mövcud vəziyyətdən Türkiyənin narahatlığını ifadə edən Mövlud Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində ciddi fəaliyyətin vacib olduğunu bildirib.
BAKI, 27 fevral - Sputnik. Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər Ukraynadakı humanitar durumu müzakirə ediblər.
Ukraynadakı mövcud vəziyyətdən Türkiyənin narahatlığını ifadə edən Mövlud Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində ciddi fəaliyyətin vacib olduğunu bildirib.
Eyni zamanda Ukraynada sülhün təmin edilməsi də müzakirə olunub.
Bundan əvvəl Mövlud Çavuşoğlu Ukraynadan təxliyə edilmək istəyən 6600-ə qədər Türkiyə vətəndaşını oradan çıxarmağa çalışdıqlarını bildirib.
Çavuşoğlu, Ukrayna torpaqlarındakı vəziyyətin müharibə ilə nəticələndiyini, Türkiyənin Montrö Konvensiyasının bütün hökmlərinin şəffaf bir şəkildə tətbiq olunacağını bildirib:
"Montrö Konvensiyası sahilyanı və qeyri-sahil ölkələrin hərbi gəmilərinin Qara dənizdən keçidini tənzimləyir. Türkiyə indiyə qədər konvensiyaya ciddi əməl edib, biz Montrö Konvensiyasının 19-cu maddəsini şəffaf şəkildə həyata keçirəcəyik. İlkin olaraq bu, sadəcə Rusiyanın hücumu idi. Biz bunu mütəxəssislərlə, hərbçilərlə, hüquqşünaslarla qiymətləndirdik. İndi isə bu, müharibəyə çevrilib. Bu, hərbi əməliyyat deyil, müharibədir”.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.