https://sputnik.az/20220227/misirle-azerbaycan-turizm-eczaciliq-sahesinde-emekdasligi-muzakire-edib-439636878.html
Misirlə Azərbaycan turizm, əczaçılıq sahəsində əməkdaşlığı müzakirə edib
Misirlə Azərbaycan turizm, əczaçılıq sahəsində əməkdaşlığı müzakirə edib
Sputnik Azərbaycan
Misirli nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
2022-02-27T06:36+0400
2022-02-27T06:36+0400
2022-02-27T06:36+0400
misir
iqtisadiyyat
azərbaycan
turizm
əczaçılıq məhsulları
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439496727_0:0:3073:1728_1920x0_80_0_0_814a09c9a50dd8c503f85202e983cb04.jpg
BAKI, 27 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri, Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri xanım Rania Al-Maşat ilə görüşüb.Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkəmizdə Misirlə əlaqələrə önəm verildiyini qeyd edən iqtisadiyyat naziri fevralın 25-də Bakıda 5-ci iclası keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərəfdaşlığın inkişafı baxımından önəmli platforma olduğunu vurğulayıb.Qeyd edilib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Misir əlaqələrinin əsas istiqamətlərindəndir. Ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlər inkişaf edir. Müştərək Komissiyanın iclası çərçivəsində imzalanan sənədlər, təşkil edilən Azərbaycan-Misir biznes forumu da yeni əlaqələrin qurulmasına və birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Maşat ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.Görüşdə tərəflər turizm, əczaçılıq, kiçik və orta sahibkarlıq, birgə layihələrin icrası sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220224/nazir-azerbaycanda-yuksek-dinamika-olan-saheleri-aciqladi---cedvel-439539191.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439496727_149:0:2880:2048_1920x0_80_0_0_9c2bf6b6d9db3a4fd1f1754bd3180a82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
misirlə azərbaycan turizm, əczaçılıq sahəsində əməkdaşlığı müzakirə edib
misirlə azərbaycan turizm, əczaçılıq sahəsində əməkdaşlığı müzakirə edib
Misirlə Azərbaycan turizm, əczaçılıq sahəsində əməkdaşlığı müzakirə edib
Misirli nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
BAKI, 27 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri, Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri xanım Rania Al-Maşat ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkəmizdə Misirlə əlaqələrə önəm verildiyini qeyd edən iqtisadiyyat naziri fevralın 25-də Bakıda 5-ci iclası keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərəfdaşlığın inkişafı baxımından önəmli platforma olduğunu vurğulayıb.
Qeyd edilib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Misir əlaqələrinin əsas istiqamətlərindəndir. Ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlər inkişaf edir. Müştərək Komissiyanın iclası çərçivəsində imzalanan sənədlər, təşkil edilən Azərbaycan-Misir biznes forumu da yeni əlaqələrin qurulmasına və birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.
Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Maşat ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə tərəflər turizm, əczaçılıq, kiçik və orta sahibkarlıq, birgə layihələrin icrası sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.