https://sputnik.az/20220227/kreml-ukrayna-ile-danisiqlara-hazir-oldugunu-beyan-etdi-439664604.html
Kreml Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan etdi
Kreml Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan etdi
Sputnik Azərbaycan
Peskov deyib ki, Rusiya tərəfi və orda olan Rusiya nümayəndə heyəti danışıqlara tam hazırdır, onlar ukraynalıları gözləyirlər 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T18:00+0400
2022-02-27T18:00+0400
2022-02-27T21:34+0400
rusiya
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
vladimir zelenski
ukrayna
aleksandr lukaşenko
belarus prezidenti aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071546_0:166:3051:1882_1920x0_80_0_0_50facd27b2721577b40e83a379f26b67.jpg
BAKI, 27 fevral - Sputnik. Belarusdakı Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlara hazırdır.Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Rusiya tərəfi və orda olan Rusiya nümayəndə heyəti danışıqlara tam hazırdır, onlar ukraynalıları gözləyirlər”, - deyə Peskov vurğulayıb.Bundan əlavə, Peskov bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə rəsmi Kiyevin Qomel vilayətində Moskva ilə danışıqlara hazır olması barədə bəyanatla müraciət edib.O xatırladıb ki, Lukaşenko bazar günü Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb. “Bundan sonra prezident Lukaşenko Rusiya tərəfinə - prezident Putinə Ukrayna tərəfdən siqnallar daxil olduğu üçün Rusiya nümayəndə heyətini geri çağırmamaq xahişi ilə müraciət edib. Ukrayna tərəfi Qomel vilayətində danışıqlara gəlməyə hazır olduqlarını bildirib", - Kremlin sözçüsü əlavə edib. ***Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq.Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb.Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli olduZelenski Rusiya ilə görüş yerini açıqladıRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedibZelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdiRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071546_160:0:2891:2048_1920x0_80_0_0_d740817a4a89c5e7456ee1a0fc278b20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, vladimir zelenski, ukrayna, aleksandr lukaşenko, belarus prezidenti aleksandr lukaşenko
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, vladimir zelenski, ukrayna, aleksandr lukaşenko, belarus prezidenti aleksandr lukaşenko
Kreml Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan etdi
18:00 27.02.2022 (Yenilənib: 21:34 27.02.2022) Peskov deyib ki, Rusiya tərəfi və orda olan Rusiya nümayəndə heyəti danışıqlara tam hazırdır, onlar ukraynalıları gözləyirlər
BAKI, 27 fevral - Sputnik. Belarusdakı Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlara hazırdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya tərəfi və orda olan Rusiya nümayəndə heyəti danışıqlara tam hazırdır, onlar ukraynalıları gözləyirlər”, - deyə Peskov vurğulayıb.
Bundan əlavə, Peskov bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə rəsmi Kiyevin Qomel vilayətində Moskva ilə danışıqlara hazır olması barədə bəyanatla müraciət edib.
O xatırladıb ki, Lukaşenko bazar günü Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
“Bundan sonra prezident Lukaşenko Rusiya tərəfinə - prezident Putinə Ukrayna tərəfdən siqnallar daxil olduğu üçün Rusiya nümayəndə heyətini geri çağırmamaq xahişi ilə müraciət edib. Ukrayna tərəfi Qomel vilayətində danışıqlara gəlməyə hazır olduqlarını bildirib", - Kremlin sözçüsü əlavə edib.
Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb.
Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.