https://sputnik.az/20220227/esasen-payiz-qis-aylarinda-yeyilen-qedim-azerbaycan-xoreyi---xas-439525644.html
Əsasən payız-qış aylarında yeyilən qədim Azərbaycan xörəyi - Xaş
Əsasən payız-qış aylarında yeyilən qədim Azərbaycan xörəyi - Xaş
Sputnik Azərbaycan
“Xaş özü qatı qan yaradan xörəkdir, ona görə də onu mötədilləşdirmək üçün sirkə-sarmısaq, abqora və sair bu cür turşular yanında istifadə edilir”. 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T11:08+0400
2022-02-27T11:08+0400
2022-02-27T11:08+0400
video
xaş
azərbaycan
lənkəran
resept
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439525613_0:0:1920:1080_1920x0_80_0_0_54ad71b6dc2b0c99212617c345a4fe8a.jpg
Ölkəmiz zəngin, qədim mətbəxi ilə dünyada məşhurdur. Əsasən payız-qış aylarında ən çox istifadə edilən qədim, milli xörəklərdən biri də xaşdır. Xaşın hazırlanması çox sadədir. Bir neçə inək ayağı ütülüb təmizlənir, yuyulur, doğranır və suda bişirilir. Xaşın hazırlanma və bişirilmə qaydasını Sputnik Azərbaycan-ın videosunda Lənkəran sakini Namik Səlimov təqdim edəcək.“Əvvəllər qəssablar heyvanları kəsəndən sonra ayaqları dırnaqlı və tüklü vəziyyətdə satardılar. Sonra isə təmizlənmiş halda satmağa başladılar. Ayaqları təmizləyən zaman bəzən bir neçə hissəsi yaddan çıxıb qalır”.N.Səlimov deyir ki, onun uşaqlıq vaxtlarında evdəki böyüklər bişiriləcək ayaqları özləri təmizləyərdilər:“Özü də həyətdə ocaq qalayıb hazırlayardılar. Odunla ocaq qalayıb ayaqların tüklərini ütüb, təmizləyib, sonra isti suyun içərisində bıçaqla qaşıyaraq tamamilə tüklərdən təmizləyərdilər. Xaş özü qatı qan yaradan xörəkdir, ona görə də onu bir qədər yüngülləşdirmək üçün yanında sirkə-sarımsaq, abqora və sair bu cür turşular istifadə edilir ki, orqanizmdə qatı qan yaranmasın. Bunlarla bərabər başqa turşular da işlədilir, sumax da qatılır. Xaşın yanında əsasən sirkə-sarmısaq çox gözəl olur. Əvvəllər ayaqlar balta ilə doğranırdı. Sonra isə daha əlverişli olduğuna görə və sümüklər parçalanmasın deyə bıçki (dəmirkəsən mişar) ilə doğramağa başladıq”.Sonra doğranmış ayaqlar bir neçə dəfə suda yuyulur və 3-4 saat müddətində suda saxlanılır. Ardınca isə qazandakı su boşaldılır, yenidən ayaqların üzərinə çıxana qədər su ilə doldurulub ocağa qoyulur:“Qazanda yaranan köpükləri yığdıqdan sonra 6-7 saata yaxın çox vam (az) odda bişməlidir. Demək olar ki, qaynama həddinə çatdırılır və vam odda qalır və vaxtı çatanda götürülür”.Namik Səlimov onu da qeyd edir ki, xaş bişirilərkən ayaqların və bulyonun rəngi qaralmasın deyə duz əlavə olunmur.Müsahibimiz xaş hazırlamağı ilk dəfə 20-21 yaşlarında öyrənib. Onun dostunun atası xaş bişirməyin həvəskarı olub və o da dostunun atasından öyrənib. Elə məhz o vaxt yeməyin adının qədimdən niyə "Xaş" olduğunu danışıb:“Keçmişdə bir gün Şirvanşah səhər sübh çağı yuxudan oyanır və könlünə gəzmək düşür. Düşüb sarayın həyət-bacasını gəzəndə görür ki, qulluqçuların qaldıqları evin pəncərəsindən işıq gəlir. Qulluqçuların evinə yaxınlaşır və evin kiçik pəncərəsindən boylanıb içəriyə baxır görür ki, evdəkilər çırağı yandırıb yemək yeyirlər. Qapını açır, salamlaşıb içəriyə daxil olur. Hamı ayağa qalxır. Şah soruşur:- Xeyir ola səhər hava işıqlanmamış siz yemək yeyirsiniz?Qulluqçulardan biri cavab verir:- Şah sağ olsun! Hər dəfə heyvan kəsəndə onun ayaqlarını atırdılar, biz də ayaqları götürüb ondan bu cür yemək fikirləşmişik. Bunu bişirmişik və çox gözəl alınıb.Şah da həmin yeməyin dadına baxmaq qərarına gəlir. Qulluqçular da süfrədə qalan çörəkləri ocaqda qovurub xaşı həmin o çörəklə yeyərmişlər. Xörək şahın çox xoşuna gəlir və belə deyir:- Bundan sonra bunu bişirəndə mənə də deyərsiniz, mən də sübhdən gəlim."Düşünüblər ki, şaha necə bunu xəbər etsinlər? Qərara gəlirlər ki, səhər əgər xaş bişiriləcəksə, şam yeməyində qulluqçulardan biri şahın yanından keçəndə Şah sözünü tərsinə “Haş” desin. O zaman şah başa düşəcək ki, səhər yemək hazırlanacaq. Beləliklə “Haş” sözü zaman-zaman "Xaş" sözü ilə əvəzlənib”, - deyə müsahibimiz fikrini tamamlayır.Qeyd edək ki, xaş qatı-ağır xörək olduğundan əsasən sübh vaxtı yeyilir. Çox hallarda isə xaşın yeyilməsi üçün xüsusi olaraq süfrə açılır, dostlar, tanışlar dəvət olunur. Onu da əlavə edək ki, əsasən inəyin ön ayaqlarından bişirilən xaş daha dadlı olur. Adam sayı çox olduqda malın arxa ayaqları da əlavə edilir. Yeyin, nuş olsun!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439525613_247:0:1687:1080_1920x0_80_0_0_21657bf453b70866501628879a12d2f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xaş, azərbaycan, lənkəran, resept, видео
xaş, azərbaycan, lənkəran, resept, видео
Əsasən payız-qış aylarında yeyilən qədim Azərbaycan xörəyi - Xaş
“Xaş özü qatı qan yaradan xörəkdir, ona görə də onu mötədilləşdirmək üçün sirkə-sarmısaq, abqora və sair bu cür turşular yanında istifadə edilir”.
Ölkəmiz zəngin, qədim mətbəxi ilə dünyada məşhurdur. Əsasən payız-qış aylarında ən çox istifadə edilən qədim, milli xörəklərdən biri də xaşdır. Xaşın hazırlanması çox sadədir. Bir neçə inək ayağı ütülüb təmizlənir, yuyulur, doğranır və suda bişirilir. Xaşın hazırlanma və bişirilmə qaydasını Sputnik Azərbaycan-ın videosunda Lənkəran sakini Namik Səlimov təqdim edəcək.
“Əvvəllər qəssablar heyvanları kəsəndən sonra ayaqları dırnaqlı və tüklü vəziyyətdə satardılar. Sonra isə təmizlənmiş halda satmağa başladılar. Ayaqları təmizləyən zaman bəzən bir neçə hissəsi yaddan çıxıb qalır”.
N.Səlimov deyir ki, onun uşaqlıq vaxtlarında evdəki böyüklər bişiriləcək ayaqları özləri təmizləyərdilər:
“Özü də həyətdə ocaq qalayıb hazırlayardılar. Odunla ocaq qalayıb ayaqların tüklərini ütüb, təmizləyib, sonra isti suyun içərisində bıçaqla qaşıyaraq tamamilə tüklərdən təmizləyərdilər. Xaş özü qatı qan yaradan xörəkdir, ona görə də onu bir qədər yüngülləşdirmək üçün yanında sirkə-sarımsaq, abqora və sair bu cür turşular istifadə edilir ki, orqanizmdə qatı qan yaranmasın. Bunlarla bərabər başqa turşular da işlədilir, sumax da qatılır. Xaşın yanında əsasən sirkə-sarmısaq çox gözəl olur. Əvvəllər ayaqlar balta ilə doğranırdı. Sonra isə daha əlverişli olduğuna görə və sümüklər parçalanmasın deyə bıçki (dəmirkəsən mişar) ilə doğramağa başladıq”.
Sonra doğranmış ayaqlar bir neçə dəfə suda yuyulur və 3-4 saat müddətində suda saxlanılır. Ardınca isə qazandakı su boşaldılır, yenidən ayaqların üzərinə çıxana qədər su ilə doldurulub ocağa qoyulur:
“Qazanda yaranan köpükləri yığdıqdan sonra 6-7 saata yaxın çox vam (az) odda bişməlidir. Demək olar ki, qaynama həddinə çatdırılır və vam odda qalır və vaxtı çatanda götürülür”.
Namik Səlimov onu da qeyd edir ki, xaş bişirilərkən ayaqların və bulyonun rəngi qaralmasın deyə duz əlavə olunmur.
Müsahibimiz xaş hazırlamağı ilk dəfə 20-21 yaşlarında öyrənib. Onun dostunun atası xaş bişirməyin həvəskarı olub və o da dostunun atasından öyrənib. Elə məhz o vaxt yeməyin adının qədimdən niyə "Xaş" olduğunu danışıb:
“Keçmişdə bir gün Şirvanşah səhər sübh çağı yuxudan oyanır və könlünə gəzmək düşür. Düşüb sarayın həyət-bacasını gəzəndə görür ki, qulluqçuların qaldıqları evin pəncərəsindən işıq gəlir. Qulluqçuların evinə yaxınlaşır və evin kiçik pəncərəsindən boylanıb içəriyə baxır görür ki, evdəkilər çırağı yandırıb yemək yeyirlər. Qapını açır, salamlaşıb içəriyə daxil olur. Hamı ayağa qalxır. Şah soruşur:
- Xeyir ola səhər hava işıqlanmamış siz yemək yeyirsiniz?
Qulluqçulardan biri cavab verir:
- Şah sağ olsun! Hər dəfə heyvan kəsəndə onun ayaqlarını atırdılar, biz də ayaqları götürüb ondan bu cür yemək fikirləşmişik. Bunu bişirmişik və çox gözəl alınıb.
Şah da həmin yeməyin dadına baxmaq qərarına gəlir. Qulluqçular da süfrədə qalan çörəkləri ocaqda qovurub xaşı həmin o çörəklə yeyərmişlər. Xörək şahın çox xoşuna gəlir və belə deyir:
- Bundan sonra bunu bişirəndə mənə də deyərsiniz, mən də sübhdən gəlim.
"Düşünüblər ki, şaha necə bunu xəbər etsinlər? Qərara gəlirlər ki, səhər əgər xaş bişiriləcəksə, şam yeməyində qulluqçulardan biri şahın yanından keçəndə Şah sözünü tərsinə “Haş” desin. O zaman şah başa düşəcək ki, səhər yemək hazırlanacaq. Beləliklə “Haş” sözü zaman-zaman "Xaş" sözü ilə əvəzlənib”, - deyə müsahibimiz fikrini tamamlayır.
Qeyd edək ki, xaş qatı-ağır xörək olduğundan əsasən sübh vaxtı yeyilir. Çox hallarda isə xaşın yeyilməsi üçün xüsusi olaraq süfrə açılır, dostlar, tanışlar dəvət olunur. Onu da əlavə edək ki, əsasən inəyin ön ayaqlarından bişirilən xaş daha dadlı olur. Adam sayı çox olduqda malın arxa ayaqları da əlavə edilir. Yeyin, nuş olsun!