https://sputnik.az/20220227/belarusda-referendum-kecirilir-439653813.html
Belarusda referendum keçirilir
Belarusda referendum keçirilir
Sputnik Azərbaycan
Seçici siyahılarına 6,8 milyondan çox vətəndaşın adı daxil edilib.
2022-02-27T11:25+0400
2022-02-27T11:25+0400
2022-02-27T11:53+0400
dünya xəbərləri
belarus
referendum
konstitusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439652992_0:0:3073:1728_1920x0_80_0_0_0278a47f91840efe017dcc0fb3c27094.jpg
BAKI, 27 fevral — Sputnik. Belarusda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə başlayıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.Bildirilib ki, respublika üzrə referendumda fevralın 22-dən 26-na kimi erkən səsvermə mümkün idi. Bu hüquqdan səsvermə siyahılarına daxil edilmiş vətəndaşların 42,93 faizi istifadə edib.Seçici siyahılarına 6,8 milyondan çox vətəndaşın adı daxil edilib. Bülletendə bir sual var: "Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?". Səsvermə iştirakçılarından iki xanadan birində işarə qoymaları xahiş olunur - "lehinə" və ya "əleyhinə". MSK-da bildirilib ki, hər iki xanada işarələr qoyularsa və ya onlar ümumiyyətlə olmasa, bülleten etibarsız sayılacaq.Qanuna uyğun olaraq, referendumda səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu iştirak edərsə, referendum baş tutmuş sayılır.Referendum Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
belarus
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1b/439652992_0:0:2731:2048_1920x0_80_0_0_346316038c889d9fe7b85eeba55dc488.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarusda referendum keçirilir
belarusda referendum keçirilir
Belarusda referendum keçirilir
11:25 27.02.2022 (Yenilənib: 11:53 27.02.2022) Seçici siyahılarına 6,8 milyondan çox vətəndaşın adı daxil edilib.
BAKI, 27 fevral — Sputnik. Belarusda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, respublika üzrə referendumda fevralın 22-dən 26-na kimi erkən səsvermə mümkün idi. Bu hüquqdan səsvermə siyahılarına daxil edilmiş vətəndaşların 42,93 faizi istifadə edib.
Seçici siyahılarına 6,8 milyondan çox vətəndaşın adı daxil edilib. Bülletendə bir sual var: "Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?". Səsvermə iştirakçılarından iki xanadan birində işarə qoymaları xahiş olunur - "lehinə" və ya "əleyhinə". MSK-da bildirilib ki, hər iki xanada işarələr qoyularsa və ya onlar ümumiyyətlə olmasa, bülleten etibarsız sayılacaq.
Qanuna uyğun olaraq, referendumda səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu iştirak edərsə, referendum baş tutmuş sayılır.
Referendum Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.