https://sputnik.az/20220226/cebrayilda-emeliyyat-439624197.html
Cəbrayılda əməliyyat
Cəbrayılda əməliyyat
Sputnik Azərbaycan
Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2022-02-26T19:30+0400
2022-02-26T19:30+0400
2022-02-26T19:31+0400
cəbrayıl
cəmiyyət
polis
narkotik
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656076_0:593:2587:2048_1920x0_80_0_0_c757956a7e5216db8a8533a371a5456a.jpg
BAKI, 26 fevral — Sputnik. Cəbrayıl polisi əməliyyat keçirib, saxlanılan var. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb.Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Xatırladaq ki, ötən ay Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İmişli rayon sakini Mirasim Əzimov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220225/azerbaycanda-20-milyon-manatdan-artiq-deyeri-olan-narkotik-dovriyyeden-cixarilib-439612211.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656076_0:0:2587:1941_1920x0_80_0_0_dd0cd3b016fe772f33cd8bfa869ce544.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cəbrayılda əməliyyat
Cəbrayılda əməliyyat
19:30 26.02.2022 (Yenilənib: 19:31 26.02.2022) Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BAKI, 26 fevral — Sputnik. Cəbrayıl polisi əməliyyat keçirib, saxlanılan var. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ötən ay Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İmişli rayon sakini Mirasim Əzimov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.