Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Açar” bədii filmi Niderlandda beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

© Claudio Furlan / LaPresse via APKinoteatrda insanlar, arxiv şəkli
Kinoteatrda insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
“Go Short” Festivalında ölkəmizi təmsil edəcək film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
BAKI, 26 fevral — Sputnik. Qarabağ müharibəsi mövzusunda çəkilən "Açar" bədii filminin Xocalı soyqırımının 30-cu ildönümündə Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından olan Go Short Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına seçilib. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən xəbər verilib.
“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi Niderlandda keçirilən və Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından hesab edilən “Go Short” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına seçilib. Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, İsveçrə və s. ölkələrdən filmlərin iştirak edəcəyi festival 1-20 aprel tarixində onlayn formada, 1-10 apreldə isə ənənəvi qaydada keçiriləcək.
Qaliblərinə “Oskar”, BAFTA və Avropa Film Mükafatına (EFA) vəsiqə qazandıran “Go Short” Festivalında ölkəmizi təmsil edəcək “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2022
MƏDƏNİYYƏT
Karan Sinqh azərbaycanlı hərbi əsir haqda film çəkib - VİDEO
Xəbər lenti
0