Püstənin qiyməti niyə fantastik həddə çatıb - FOTO
© Sputnik / Nigar IskanderovaBakıda püstə satışı
© Sputnik / Nigar Iskanderova
Abunə olmaq
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə 0.4 ton istehsal olubsa, müxtəlif illərdə rəqəmlərdə cüzi artım, daha sonra isə azalmalar olub.
BAKI, 25 fevral — Sputnik. Azərbaycanda son dövrdə bir çox məhsullar bahalaşıb. Bahalaşan məhsullar sırasında püstə də var. Ümumiyyətlə, püstə quru meyvə olaraq bazarda ən bahalı məhsullardan biri hesab edilir.
Bunun əsas səbəbi nədir?
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, Azərbayanda püstə istehsalı yox səviyyəsindədir. Müxtəlif illər üzrə hesabatlara baxdıqda daha öncəki illərlə müqayisədə müəyyən qədər olsa, istehsalda artımın qeydə alındığını görə bilərik.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə 0.4 ton istehsal olubsa, müxtəlif illərdə rəqəmlərdə cüzi artım, daha sonra isə azalmalar olub. 2006-cı ildə 15 ton püstə istehsal olunub, 2007-ci ildə istehsal azalaraq 2.5 ton olub. DSK-nın son açıqladığı rəqəmə görə Azərbaycanda püstə istehsalı 25.5 ton olub.
© Sputnik / Nigar IskanderovaBakıda püstə satışı
Bakıda püstə satışı
© Sputnik / Nigar Iskanderova
Püstə istehsalı az olduğu üçün Azərbaycan demək olar ki, yerli bazarı püstəylə təmin edə bilmir, beləcə xarici bazardan asılılığı yaranır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 116.78 min ABŞ dolları dəyərində 13.73 ton qabıqsız, 1338,65 min ABŞ dolları dəyərində 200.91 ton qabıqlı püstə idxal edilib. İxraca gəldikdə isə Azərbaycanın püstə ixracı olmayıb. Xarici bazardan asılılıq yerlərdə qiymətlərin qalxmasına səbəb olub.
Maraqlıdır, bir zamanlar torpaqlarımızın məhsuldar quru meyvələrindən hesab edilən püstənin yetişdirilməsinə nə mane olur?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çətin yetişdirildiyi üçün ölkədə istehsalı geniş yayılmayıb:
© Photo : ARB TVİqtisadçı ekspert Eldəniz Əmirov
İqtisadçı ekspert Eldəniz Əmirov
© Photo : ARB TV
"Azərbaycanda sahibkarlar püstə yetişdirməyə çalışırlar, lakin ona uyğun torpaq tapmaq çətindir. Həm də bizim torpaqda onu yetişdirmək effektiv olmur. Bu səbəbdən də Azərbaycan püstədə idxaldan asılıdır".
Ekspert deyir ki, bu quru meyvə subtropik və tropik iqlim qurşaqlarına uyğunlaşır:
"Azərbaycandan fərqli olaraq İran, Türkiyədə geniş yayılıb. Qİyməti yerli bazarda yüksəkdir. Məhsuldarlığa gəldikdə, tək ağac 25-30 kiloqram məhsul verə bilir".
© Sputnik / Nigar IskanderovaBakıda püstə satışı
Bakıda püstə satışı
© Sputnik / Nigar Iskanderova
Maraqlıdır, hazırda yerli bazarda püstənin qiyməti nə qədərdir?
Yerli bazarda, iri market şəbəkələrində apardığımız müşahidənin nəticəsi olaraq qeyd edək ki, hazırda püstənin qiyməti 24-59 manat arasında dəyişir.
© Sputnik / Nigar IskanderovaBakıda püstə satışı
Bakıda püstə satışı
© Sputnik / Nigar Iskanderova
Qeyd edək ki, şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə vaxtı ilə Azərbaycanda, o cümlədən Abşeron yarımadasında çox geniş surətdə yayılmışdı. Azərbaycanda Abşeron bu ağacın əsas vətənlərindən biri hesab edilir.
Lakin təəssüflər olsun ki, hazırda Abşeronda nadir halda təsadüf olunur. Abşeron-Xızı rayonu üzrə cəmi əkin sahəsi 8 ha olub. Abşeron-Xızı iqtisadi rayonunu püstə istehsalı 0.4, Bakının püstə istehsalı 23.1 ton olub.
Hazırda Azərbaycanda püstə bağlarının əkin sahəsi cəmi 118.5 ha ərazi təşkil edir, ən çox püstə əkin sahəsi, bağı Naxçıvanın payına düşür. Naxçıvan Muxtar Respublikasında 100 ha ərazidə püstə istehsal olunur.
Azərbaycanda püstə sahələrini artırmaq üçün 2016-cı ildən etibarən müxtəlif bağlar, sahələr salınıb.
© Sputnik / Nigar IskanderovaBakıda püstə satışı
Bakıda püstə satışı
© Sputnik / Nigar Iskanderova
Yerli bazarda tələbatı qarşılamaq üçün İran, Türkiyə kimi ölkələrdən ölkəyə məhsul idxal edir.
Son olaraq onu da qeyd edək ki, bu məhsulun qiyməti ənənəvi olaraq mart ayında, yəni, Novruz bayramı ərəfəsində daha da arta bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.