https://sputnik.az/20220225/prezidentin-komekcisinden-ozel-sektora-guzest-mujdesi-439575238.html
Prezidentin köməkçisindən özəl sektora güzəşt müjdəsi
Prezidentin köməkçisindən özəl sektora güzəşt müjdəsi
Sputnik Azərbaycan
Onun sözlərinə görə, vergi siyasəti bir təşviq aləti olaraq işğaldan azad edilən ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə xidmət edir. 25.02.2022, Sputnik Azərbaycan
2022-02-25T11:52+0400
2022-02-25T11:52+0400
2022-02-25T11:52+0400
şahmar mövsumov
iqtisadiyyat
özəl sektor
vergi
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871481_0:0:3073:1728_1920x0_80_0_0_6034f6f5a0c8dfc198fe28290cc2462b.jpg
BAKI, 25 fevral — Sputnik. Vergi siyasəti, qanunvericilikdə və inzibatçılıqda aparılacaq islahatlar dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.Sputnik Azərbaycan xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov deyib.Onun sözlərinə görə, vergi siyasəti bir təşviq aləti olaraq işğaldan azad edilən ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə xidmət edir."Həmin ərazilərin bərpası iqtisadiyyata sürətli inteqrasiyası dayanıqlı inkişafın təmin olunması üçün iqtisadi və əmək resursları səfərbər edilir. Sahibkarların, özəl sektorun bu ərazilərdə fəaliyyətini təşviq etmək, təşəbbüslərini stimullaşdırmaq, sərmayə yatırımlarının, emal sənayesinə və xidmət infrastrukturuna yönəltmək üçün vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi nəzərdə tutulur", - deyə Ş.Mövsumov qeyd edib.Üçtərəfli bəyanatQeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871481_0:0:2731:2048_1920x0_80_0_0_2cc15acfa9e4e0bf795c03b1c577074a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan prezidentinin köməkçisi vergi ilə bağlı güzəşt haqda
azərbaycan prezidentinin köməkçisi vergi ilə bağlı güzəşt haqda
Prezidentin köməkçisindən özəl sektora güzəşt müjdəsi
Onun sözlərinə görə, vergi siyasəti bir təşviq aləti olaraq işğaldan azad edilən ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə xidmət edir.
BAKI, 25 fevral — Sputnik. Vergi siyasəti, qanunvericilikdə və inzibatçılıqda aparılacaq islahatlar dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov deyib.
Onun sözlərinə görə, vergi siyasəti bir təşviq aləti olaraq işğaldan azad edilən ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə xidmət edir.
"Həmin ərazilərin bərpası iqtisadiyyata sürətli inteqrasiyası dayanıqlı inkişafın təmin olunması üçün iqtisadi və əmək resursları səfərbər edilir. Sahibkarların, özəl sektorun bu ərazilərdə fəaliyyətini təşviq etmək, təşəbbüslərini stimullaşdırmaq, sərmayə yatırımlarının, emal sənayesinə və xidmət infrastrukturuna yönəltmək üçün vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi nəzərdə tutulur", - deyə Ş.Mövsumov qeyd edib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.