Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Hidrometeorologiya Xidməti dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

© Sputnik / Rahim MuradovGoranboyda duman
Goranboyda duman - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.
BAKI, 25 fevral - Sputnik. Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bu barədə deyilir.
Bu gün axşam saatlarında yayılan məlumata əsasən, Sumqayıt, Bakı, Pirallahı, Neft Daşları, Çilov adası, Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax, Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunub.
Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində dumanlı hava şəraiti sabah səhərədək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0