Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Həftənin əsas hadisələri: 21-25 fevral

Abunə olmaq
Putinlə Əliyev arasında görüş, Azərbaycan parlamentarilərinin Yerevana səfəri və ötən həftənin digər xəbərlərini videomuzda izləyə bilərsiniz.
Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında 4 saatdan bir qədər çox danışıqlar aparılıb. Görüş Kremldə baş tutub. Onların müzakirə etdiyi mövzular arasında Ukrayna və Qarabağ da olub. Mətbuat nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra prezidentlər Müttəfiqlik münasibətləri haqda Bəyannaməni imzalayıblar. Bu sənəd qarşılıqlı əlaqələr üzrə 40-dan çox bənddən ibarətdir.
Avronest Parlament Assambleyasının (PA) iclasında iştirak edən Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvana səfər ediblər. Azərbaycanın parlament üzvləri regionda bütün silahlı münaqişələrə son qoyulmasının zəruriliyini bildirərək sülhə çağırıblar.
Qərb Rusiyaya qarşı ikinci sanksiyalar paketini təqdim edib. Bu məhdudiyyət və qadağaların təkcə Rusiya Federasiyasının iqtisadiyyatına deyil, dünya bazarlarına, o cümlədən Azərbaycana da təsir edəcəyi gözlənilir. Sanksiyalar Rusiyanın Donbasda keçirdiyi xüsusi hərbi əməliyyatına cavab olaraq tətbiq edilib.
Bu həftə Azərbaycanın "Qarabağ" futbol klubu Bakıda Fransanın "Olimpik Marsel" klubu ilə cavab matçı keçirib. Görüş Marsel klubunun 0:3 hesablı qələbəsi ilə başa çatıb və "Qarabağ" komandasının baş məşqçisinin ədalətli oyunu ilə yadda qalıb. Xatırladaq ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk "Marsel" – "Qarabağ" oyunu da Ağdam klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xəbər lenti
0