https://sputnik.az/20220225/bu-kendin-sakinleri-isletdikleri-enerjinin-haqqini-esebleri-ile-odeyir-439571019.html
Enerjinin haqqını əsəbləri ilə ödəyənlər, yaxud kənd sakinlərini terror edən transformator
Enerjinin haqqını əsəbləri ilə ödəyənlər, yaxud kənd sakinlərini terror edən transformator
Sputnik Azərbaycan
Yüzə yaxın sakininin evini elektrik enerjisi ilə təmin edən bu transformatorda dəfələrlə qəzalar baş verib, yanğınlar olub.
2022-02-25T08:52+0400
2022-02-25T08:52+0400
2022-02-25T09:45+0400
cəmiyyət
tovuz
kənd
transformator
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439571813_361:0:3639:1844_1920x0_80_0_0_794914022a769e63ecc69656db883b3f.jpg
BAKI, 25 fevral - Sputnik. Tovuzun Aşağı Quşçu kəndində elektrik transformatorun çıxardığı səs neçə ildir ki sakinlərin narahatlığına səbəb olur. Qorxulu səsi ilə yanaşı transformatorun ətrafında qoruyucu hasarın da olmaması onu təhlükə mənbəyinə çevirir.Kənd sakinləri artıq 5 ildir trasformatorun dözülməz səs çıxararaq işlədiyini, son günlər isə daha da artdığını bildiriblər. Kənd sakini Tapdıq Musayev transformatorun qəzalı vəziyyətdə olduğundan insanların həyatı üçün də təhlükə yaratdığını deyib:“Bu transformatora necə təhlükə saçdığını anlamaq üçün kənardan baxmaq kifayət edir. Adi əşya kimi torpağın üzərinə qoyulub. Ətrafında heç bir təhlükəsizlik tədbiri alınmıyıb. Problem odur ki transformatorun çıxış sarğılarının arasında boşluq var. Bunnan başqa yağı da yoxdu. Yağsız işləyir. Arada gəlirlər bir fazanın yükünü digərinə ötürürlər səs 1-2 gün azalır yenə başlayır. Öz aləmlərində çıxış yolu tapdılar. Amma heç bir xeyri dəymir”-deyə məlumat verib".Digər sakin Bayram Məmmədov 26 il əvvəl elə köhnə halda quraşdırılan transformatorun 5 ildir ətrafda yaşayan insanların əsəblərini tarıma çəkdiyini deyib. O, axşam saatlarında yüklənmə çox olanda səsin daha da artığını söyləyib.Sakinlər məsələdən aidiyyatı qurumların və səlahiyyətli şəxslərin də xəbərdar olduğunu deyirlər. Evi transformatorun bir neçə metrliyində olan Zemfira Məmmədova deyir ki, transformatorun səsi bir yana, yaşadığı evi üçün təhlükə yaradır:“Mən evdə su krantını aça bilmirəm, qazı yandıra bilmirəm. Dəmirə əlini vurursan tok buraxır. Sirkələyir adamı. Bütün əsəblərimiz pozulub. Hamımız xəstəliyə düşmüşük. Mənim evimin 3 metrindədi bu transformator. Evim yansa kim ona cavab verəcək. Onun səsindən küyündən, tok keçirməyindən nevroz olmuşuq. Ailəm təhlükədədi, özüm təhlükədəyəm”- deyə vəziyyəti izah edib.Məsələ ilə bağlı azərişıq ASC Tovuz elektrik şəbəkəsindən bildirildi ki, kənddəki sözügedən transformatorun yenisi ilə əvəz edilməsi üçün artıq yeni transformator sifariş edilib. Bu həftə küçəyə yeni transformator quraşdırılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439571813_771:0:3230:1844_1920x0_80_0_0_e81b5b08589062bb6f61c746d5994063.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
bu kəndin sakinləri işlətdikləri enerjinin haqqını əsəbləri ilə ödəyir
bu kəndin sakinləri işlətdikləri enerjinin haqqını əsəbləri ilə ödəyir
Enerjinin haqqını əsəbləri ilə ödəyənlər, yaxud kənd sakinlərini terror edən transformator
08:52 25.02.2022 (Yenilənib: 09:45 25.02.2022) Yüzə yaxın sakininin evini elektrik enerjisi ilə təmin edən bu transformatorda dəfələrlə qəzalar baş verib, yanğınlar olub.
BAKI, 25 fevral - Sputnik. Tovuzun Aşağı Quşçu kəndində elektrik transformatorun çıxardığı səs neçə ildir ki sakinlərin narahatlığına səbəb olur. Qorxulu səsi ilə yanaşı transformatorun ətrafında qoruyucu hasarın da olmaması onu təhlükə mənbəyinə çevirir.
Kənd sakinləri artıq 5 ildir trasformatorun dözülməz səs çıxararaq işlədiyini, son günlər isə daha da artdığını bildiriblər. Kənd sakini Tapdıq Musayev transformatorun qəzalı vəziyyətdə olduğundan insanların həyatı üçün də təhlükə yaratdığını deyib:
“Bu transformatora necə təhlükə saçdığını anlamaq üçün kənardan baxmaq kifayət edir. Adi əşya kimi torpağın üzərinə qoyulub. Ətrafında heç bir təhlükəsizlik tədbiri alınmıyıb. Problem odur ki transformatorun çıxış sarğılarının arasında boşluq var. Bunnan başqa yağı da yoxdu. Yağsız işləyir. Arada gəlirlər bir fazanın yükünü digərinə ötürürlər səs 1-2 gün azalır yenə başlayır. Öz aləmlərində çıxış yolu tapdılar. Amma heç bir xeyri dəymir”-deyə məlumat verib".
Digər sakin Bayram Məmmədov 26 il əvvəl elə köhnə halda quraşdırılan transformatorun 5 ildir ətrafda yaşayan insanların əsəblərini tarıma çəkdiyini deyib. O, axşam saatlarında yüklənmə çox olanda səsin daha da artığını söyləyib.
“Səsdən əsəblərimiz tarıma çəkilib. Bu səs bizi həmişə gərginlikdə saxlayır. Yüzə yaxın sakininin evini elektrik enerjisi ilə təmin edən bu transformatorda dəfələrlə qəzalar baş verib, yanğınlar olub. Lakin hər dəfə üzərində cari təmir işləri görülüb. İndi isə iş təmirdən keçib, potensial ölüm təhlükəsi olan bu cihaz yenilənməlidir”.
Sakinlər məsələdən aidiyyatı qurumların və səlahiyyətli şəxslərin də xəbərdar olduğunu deyirlər. Evi transformatorun bir neçə metrliyində olan Zemfira Məmmədova deyir ki, transformatorun səsi bir yana, yaşadığı evi üçün təhlükə yaradır:
“Mən evdə su krantını aça bilmirəm, qazı yandıra bilmirəm. Dəmirə əlini vurursan tok buraxır. Sirkələyir adamı. Bütün əsəblərimiz pozulub. Hamımız xəstəliyə düşmüşük. Mənim evimin 3 metrindədi bu transformator. Evim yansa kim ona cavab verəcək. Onun səsindən küyündən, tok keçirməyindən nevroz olmuşuq. Ailəm təhlükədədi, özüm təhlükədəyəm”- deyə vəziyyəti izah edib.
Məsələ ilə bağlı azərişıq ASC Tovuz elektrik şəbəkəsindən bildirildi ki, kənddəki sözügedən transformatorun yenisi ilə əvəz edilməsi üçün artıq yeni transformator sifariş edilib. Bu həftə küçəyə yeni transformator quraşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.