Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın Silahlı Qüvvələri ilə bağlı qanuna dəyişiklik edilib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Sənəd beynəlxalq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb.
BAKI, 25 fevral — Sputnik. Milli Məclisdə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, hazırda qüvvədə olan qanuna əsasən, Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təklif edilən dəyişikliyə görə isə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, sənəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üzrə ayrılıqda yalnız dinc və müharibə dövrləri üçün maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normasının müəyyən edilməsi məqsədilə, eləcə də beynəlxalq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb.
Belə ki, bu təcrübənin təhlili nəticəsində Silahlı Qüvvələrin maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normalarının müəyyən edilməsi zamanı dinc dövrlə real təhdid və səfərbərlik dövrləri arasında fərq olmadığı, fərqin yalnız dinc və müharibə (silahlı münaqişə) dövrləri arasında olduğu, həmçinin maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normalarının hər bir qurum üçün ayrılıqda təsdiq edilməsinin daha məqsədəuyğun olduğu müəyyən edilib.
O bildirib ki, layihənin qəbulu Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üzrə ayrılıqda yalnız dinc və müharibə dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normasının müəyyən edilməsinə zəmin yaradacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbər lenti
0