CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi karantin rejiminin müddəti uzadıldı

© Sputnik / Murad OrujovБаку за считанные часы до отмены масочного режима
Баку за считанные часы до отмены масочного режима - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir.
BAKI, 24 fevral - Sputnik. Hökumət Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə ərar qəbul edib.
Nazirlər kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş nazir Əli Əsədov bu bü barədə sənədi imzalayıb.
Sənəddə deyilir:
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 may saat 06:00- dək uzadılsın.
Qeyd edək ki, artıq fevralın 16-dan "buster" doza vaksin olunmayanlar bir sıra məhdudiyyətlərlə qarşılaşıb. Çünki, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda avtobusda Maska tax, yola çıxaq! yazısı - Sputnik Azərbaycan, 1920, 29.01.2022
SƏHİYYƏ
İctimai məkanda maska taxmayan 16 yaşlı şəxslər cərimələnə bilər?
Xəbər lenti
0