QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə kütləvi məzarlıq aşkarlandı

© Sputnik / Emin AlisahibXocavəndin Edilli kəndində kütləvi məzarlıq
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Məzarlığın I Qarabağ müharibəsi zamanı həmin kənddə girovluqda saxıanılan şəxslərə aid olduğu bildirilir.
BAKI, 24 fevral — Sputnik. Prezident İlham Əliyevin Əsir Və İtkin Düşmüş, Girov Götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası qarşısında qoyduğu əsas vəzifələrdən biri müharibə vaxtı itkin düşmüş şəxslərin, sonrakı talehinin müəyyənləşdirilməsi və bu haqda onların ailələrinə məlumat verilməsindən ibarətdir.
Bu istiqamətdə görülən işlər nəticəsində işğaldan azad olunan ərazilərdə, xüsusən Füzuli, Xocavənd, Ağdam, Şuşa şəhəri, Şuşa şəhərinin ətrafında kütləvi məzarlıqlar aşkarlanıb ki, belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndi yaxınlığındadır.
Azərbaycan Respublikasi Əsir Və Itkin Düşmüş, Girov Götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov bildirib ki, şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqları olma ehtimalı var. Dövlət komissiyasında artıq məlumatlar var, GPRS kordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların təxmini sayı da müəyyən olub.
© Sputnik / Emin AlisahibXocavəndin Edilli kəndində kütləvi məzarlıq
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq
"Görülmüş tədbirlər nəticəsində, kütləvi məzarlıqların birinin müəyyən olunması mümkün olub. Belə ki, burada saxlanılan əsir və girovların ifadələrinə görə, kəndin kənarında ekskavotor vasitəsi ilə quyu qazılmış və kamaz markalı yük maşının yük hissəsində meyitlər buraya gətirilib və burada vəhşicəsinə basdırılıb".
© Sputnik / Emin AlisahibXocavəndin Edilli kəndində kütləvi məzarlıq
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq
Xocavənd rayonunun Edilli kəndi yaxınlığındakı bu mzəzarlıqda basdırılan cəsədlər o vaxt əsirlikdə olanların iştirakı ilə mümkünləşib. Belə ki, burada da həmin o saxlanılan girovların əməyindən istifadə olunub. Qəbirlərin üstünü də onların özlərinə doldurdublar.
"Sonradan burada meyitlər aşkarlanıb. Hazırda burada mütəxəssilərdə çalışır. İlkin ehtimala görə burada 15-20 nəfərə yaxın şəxs dəfn olunub. Onların əsasən Füzuli rayonun Kürdmahmudlu kəndində gedən döyüş zamanı şəhid olmuş hərbiçilərin olması ehtimal olunur".
© Sputnik / Emin AlisahibXocavəndin Edilli kəndində kütləvi məzarlıq
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq
Araşdırmalar zamanı o da məlum olub ki, işğaldan azad olan Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhrinin ətraflarında belə məzarlıqlar mövcuddur.
Zaur İsmayılov bildirib ki, Füzuli rayonun Seyid Əhmədli kəndində keçmiş kolxoz idarəsi deyilən idarəinin meydançasında 10 nəfərdən çox azərbaycanlının kütləvi basdırıldığı haqda da məlumatlar var. Lakin həmin ərazi minalandığı üçün araşdırma aparmaq mümkün olmayıb.
"Füzuli rayonun Seyidəhmədli kəndində kalxoz idarəsi deyilən ərazidə meydançada bir neçə şəxsin basdırıldığı barədə məlumat var. Lakin indi orada mina təhlükəsi olduğuna görə, bizim hər hansı bir iş aparmağımız mümkün deyil. Yaxın gələcəkdə o məslələr öz həllin tapacaq. Ümumiyytələ Beynəlxalq Qızıl Xaç Komitəsi ilə dövlət komissiyasının qarşılıqlı əməkdaşlıq sazişləri var. O, sazişlər çərçivəsində onlarla birgə biz bu işləri həyata keçiririk".
© Sputnik / Emin AlisahibXocavəndin Edilli kəndində kütləvi məzarlıq
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə ardıcıl olaraq, minatəmziləmə əməliyyatları həyat keçirildikcə, ərazilər təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq. Yaxın gələcəkdə Dövlət Komitəsi tərəfindən bu və bu kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılmasına da nail olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda qəbiristanlıq - Sputnik Azərbaycan, 1920, 05.02.2022
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda bu qəbiristanlıqlara yiyə duran yoxdur - Şok səbəb
Xəbər lenti
0