DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vyanada ATƏT-in Ukraynadakı vəziyyətlə bağlı iclası keçirilir

© AFP 2023 / ALEX HALADAЛоготип ОБСЕ (Организация по безопасности и сотрудничеству в Европе), фото из архива
Логотип ОБСЕ (Организация по безопасности и сотрудничеству в Европе), фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
BAKI, 24 fevral - Sputnik. Vyanada Rusiya Federasiyasının Ukraynada demilitarizasiya üzrə xüsusi əməliyyatı ilə əlaqədar nazirlər səviyyəsində daimi şuranın xüsusi iclası başlayıb. Bu barədə RİA Novosti xəbər yayıb.
Polşanın ATƏT-ə sədrliyi üçün geniş tərkibdə keçirilən görüş Bakı vaxtı ilə saat 19.00-da başlayıb.
Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вид на город Харьков, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2022
DÜNYA XƏBƏRLƏRİ
Azərbaycanın Xarkovdakı fəxri konsulluğu həmvətənlərimizə müraciət edib
Xəbər lenti
0