DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın döyüş bölgələrində nə qədər azərbaycanlı var?

© REUTERS / MAKSIM LEVINUkrayna hərbçisi
Ukrayna hərbçisi - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi hazırda həyati təhlükəsi olan zonada ola biləcək bütün həmvətənlərimizi sayını dəqiqləşdirməyə çalışır.
BAKI, 24 fevral - Sputnik. Kiyev hava limanında qapalı vəziyyətdə qalmış 10-a yaxın azərbaycanlı metronun ən yaxın “Xarkovskaya” stansiyasında sığınacaq tapıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Ukraynadakı səfirinin müşaviri Sabir Rzayev məlumat verib.
Səfirlik müxtəlif mənbələrdən gələn məlumatları ümumiləşdirir. Bu gün konsulluq 40 nəfəri qəbul edib. Xüsusi yaradılmış “qaynar xətt”ə 200 zəng daxil olub.
“Biz Ukraynaya müvəqqəti yaşamaq üçün gələn azərbaycanlıların siyahılarını dəqiqləşdirməyə çalışırıq, lakin onların sayı çox olduğundan bunu etmək çətindir. Məsələn, Kiyevdə 5 minə qədər azərbaycanlı yaşayır, Xarkovda Azərbaycandan olan 3 min tələbə təhsil alır. Amma bütün bunlar dəqiq məlumat deyil, biz bunu dəqiqləşdirməyə çalışırıq”, - deyə səfirin müşaviri bildirib.
Səfirlik azərbaycanlılara vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etdiyi kimi, öz yerlərində qalmağı, səfərlərdən çəkinməyi və hərbi obyektlərdən uzaq durmağı tövsiyə edib.
“Azərbaycanlılar kütləvi şəkildə Ukraynaya gəlir, burada işləyirlər, bir çoxları konsulluqda qeydiyyatdan keçmir. Ona görə də diaspor təşkilatlarındakı məlumatları dəqiqləşdirmək lazımdır, lakin təəssüf ki, onların da dəqiq uçotu yoxdur”, - deyə diplomat gileylənib.
Evakuasiya dəhlizinin nə vaxt açılacağı hələlik məlum deyil. Rzayevin sözlərinə görə, adətən ev sahibi ölkə evakuasiya dəhlizini təmin etməlidir.
Ukrayna hökuməti isə öz növbəsində vəziyyət qeyri-müəyyən olduğu üçün hər kəsə öz yerində qalmağı tövsiyə edir.
Azərbaycan XİN-in Ukraynadakı azərbaycanlılara müraciəti
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir.
Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.
Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kiyev şəhəri - Sputnik Azərbaycan, 1920, 24.02.2022
SİYASƏT
Azərbaycan səfiri: Kiyevi tərk edə bilmirik, bütün yollar bağlıdır
Xəbər lenti
0