Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı diplomatlar Kiyevdən çıxarılıb

© AP Photo / Emilio MorenattiKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
BAKI, 24 fevral — Sputnik. Kiyevdəki bütün rusiyalı diplomatlar evakuasiya edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Xəbər lenti
0