https://sputnik.az/20220224/rusiya-xn-munasibetlerin-kesilmesinden-sonra-ukrayna-ile-temaslar-barede-ne-deyib-439564536.html
Rusiya XİN münasibətlərin kəsilməsindən sonra Ukrayna ilə təmaslar barədə nə deyib?
Rusiya XİN münasibətlərin kəsilməsindən sonra Ukrayna ilə təmaslar barədə nə deyib?
Sputnik Azərbaycan
Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsdiyini bildirib. 24.02.2022, Sputnik Azərbaycan
2022-02-24T20:55+0400
2022-02-24T20:55+0400
2022-02-24T20:55+0400
rusiya
mariya zaxarova
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439564505_0:0:3461:1947_1920x0_80_0_0_7dbe6d5ccf8346230fecb62df6444f35.jpg
BAKI, 24 fevral - Sputnik. Moskva Ukrayna ilə təmasların mümkün olmadığına inanmır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.Xatırladaq ki, bundan əvvəl Ukraynanın öz səfirliyinin qalan əməkdaşlarını Rusiyadan təxliyə etmək niyyətində olduğu bildirilib.Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsdiyini bildirib.“Bu, onların qərarıdır (münasibətə son qoymaq), onların bunu etmək hüququ var. Əlaqələr? Biz beynəlxalq təşkilatlarda bir yerdə iştirak edirik. Əlaqə imkanlarının olmadığını deyə bilmərəm. Məsələ onların bunu istəyib-istəməməsində və nə istəməyindədir”, - Zaxarova Birinci Kanalda deyib.Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib."Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220224/peskov-ukraynanin-demilitarizasiyasi-uzre-xususi-emeliyyatin-meqsedleri-ve-muddeti-barede-439557864.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439564505_467:0:3198:2048_1920x0_80_0_0_5a5318d5cb3e0190becb8290b490e919.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xin
mariya zaxarova, rusiya xin
Rusiya XİN münasibətlərin kəsilməsindən sonra Ukrayna ilə təmaslar barədə nə deyib?
Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsdiyini bildirib.
BAKI, 24 fevral - Sputnik. Moskva Ukrayna ilə təmasların mümkün olmadığına inanmır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın öz səfirliyinin qalan əməkdaşlarını Rusiyadan təxliyə etmək niyyətində olduğu bildirilib.
Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsdiyini bildirib.
“Bu, onların qərarıdır (münasibətə son qoymaq), onların bunu etmək hüququ var. Əlaqələr? Biz beynəlxalq təşkilatlarda bir yerdə iştirak edirik. Əlaqə imkanlarının olmadığını deyə bilmərəm. Məsələ onların bunu istəyib-istəməməsində və nə istəməyindədir”, - Zaxarova Birinci Kanalda deyib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.