https://sputnik.az/20220224/peskov-ukraynanin-demilitarizasiyasi-uzre-xususi-emeliyyatin-meqsedleri-ve-muddeti-barede-439557864.html
Peskov Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatın məqsədləri və müddəti barədə
Peskov Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatın məqsədləri və müddəti barədə
Sputnik Azərbaycan
Cümə axşamı günü səhər saatlarına Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı barədə... 24.02.2022, Sputnik Azərbaycan
2022-02-24T18:14+0400
2022-02-24T18:14+0400
2022-02-24T18:14+0400
rusiya
ukrayna
dmitri peskov
əməliyyat
müddət
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425749015_0:56:3082:1790_1920x0_80_0_0_b80bd100096373ac11ad33e05720985f.jpg
BAKI, 24 fevral — Sputnik. Rusiya Federasiyasının başladığı Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatın öz məqsədləri var, onlara nail olunmalıdır, əməliyyatın erkən dayandırılacağı barədə isə məlumatım yoxdur. Bu fikirləri RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib."Əməliyyatın öz məqsədləri var, onlara nail olunmalıdır. Prezident bildirdi ki, bütün qərarlar qəbul olunub və məqsədlərə nail olunacaq", – deyə Peskov jurnalistlərə bildirib.Mətbuat katibi onu da qeyd edib ki, onda əməliyyatın erkən dayandırılması barədə məlumat yoxdur – bu qərar ali baş komandana aiddir.Dmitri Peskov Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə xüsusi hərbi əməliyyatın sərhədləri ilə bağlı suala isə cavab verməyib."Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməkdə məqsədi Kiyevin hərbi potensialını neytrallışdırmaqdır", – deyə mətbuat katibi vurğulayıb.Keçirilən sorğular göstərib ki, ruslar Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatı "DXR" və "LXR"-in tanınmasından heç də az dəstəkləmirlər."Reaksiya belədir ki, əhalinin əksəriyyəti prezidentin iki respublikanın "DXR" və "LXR"-in tanıması qərarını dəstəkləyib və bu, həmin iki respublikanın liderlərinin müraciətləri əsasında baş verib. Ona görə də dəstəyin daha az olmayacağını güman etmək olar", - deyə Peskov fikirlərinə yekun vurub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425749015_324:0:3055:2048_1920x0_80_0_0_54c86fa765ae8e7b1409610dee4a4dfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
ukrayna, dmitri peskov, əməliyyat, müddət
ukrayna, dmitri peskov, əməliyyat, müddət
Peskov Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatın məqsədləri və müddəti barədə
Cümə axşamı günü səhər saatlarına Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı barədə qərar qəbul etdiyini açıqlayıb.
BAKI, 24 fevral — Sputnik. Rusiya Federasiyasının başladığı Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatın öz məqsədləri var, onlara nail olunmalıdır, əməliyyatın erkən dayandırılacağı barədə isə məlumatım yoxdur. Bu fikirləri RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Əməliyyatın öz məqsədləri var, onlara nail olunmalıdır. Prezident bildirdi ki, bütün qərarlar qəbul olunub və məqsədlərə nail olunacaq", – deyə Peskov jurnalistlərə bildirib.
Mətbuat katibi onu da qeyd edib ki, onda əməliyyatın erkən dayandırılması barədə məlumat yoxdur – bu qərar ali baş komandana aiddir.
Dmitri Peskov Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə xüsusi hərbi əməliyyatın sərhədləri ilə bağlı suala isə cavab verməyib.
"Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməkdə məqsədi Kiyevin hərbi potensialını neytrallışdırmaqdır", – deyə mətbuat katibi vurğulayıb.
Keçirilən sorğular göstərib ki, ruslar Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatı "DXR" və "LXR"-in tanınmasından heç də az dəstəkləmirlər.
"Reaksiya belədir ki, əhalinin əksəriyyəti prezidentin iki respublikanın "DXR" və "LXR"-in tanıması qərarını dəstəkləyib və bu, həmin iki respublikanın liderlərinin müraciətləri əsasında baş verib. Ona görə də dəstəyin daha az olmayacağını güman etmək olar", - deyə Peskov fikirlərinə yekun vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.