FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qurbanov qolu ləğv etdirdi, "Qarabağ" Avropa kuboku uğrunda mübarizəsini başa vurdu

Abunə olmaq
Ağdam klubu bütün oyun ərzində böyük üstünlüyə malik olsa da, bunu qələbəyə çevirə bilmədi.
Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasında çıxışını Bakıda keçirdiyi cavab oyununda Fransanın "Olimpik Marsel" komandasına uduzaraq başa vurub.
© Sputnik / Murad Orujov

Fransanın "Olimpik Marsel" klubunun tərkibindəki oyunçulardan 2-ci dəqiqədə Papu Qeye, 77-ci dəqiqədə Matteo Genduzi, 92-ci dəqiqədə Konrad Fuente fərqləniblər.

Fransanın "Olimpik Marsel" klubunun tərkibindəki oyunçulardan 2-ci dəqiqədə Papu Qeye, 77-ci dəqiqədə Matteo Genduzi, 92-ci dəqiqədə Konrad Fuente fərqləniblər. - Sputnik Azərbaycan
1/16

Fransanın "Olimpik Marsel" klubunun tərkibindəki oyunçulardan 2-ci dəqiqədə Papu Qeye, 77-ci dəqiqədə Matteo Genduzi, 92-ci dəqiqədə Konrad Fuente fərqləniblər.

© Sputnik / Murad Orujov

Bununla belə, yəqin ki, oyunun əsas hadisəsi "Qarabağ"ın oyunçusu İbrahima Vadjinin "Marsel"in qapısına əllə vurduğu qolu ağdamlıların baş məşqçisi Qurban Qurbanovun ləğv etməsi oldu.

Bununla belə, yəqin ki, oyunun əsas hadisəsi "Qarabağ"ın oyunçusu İbrahima Vadjinin "Marsel"in qapısına əllə vurduğu qolu ağdamlıların baş məşqçisi Qurban Qurbanovun ləğv etməsi oldu. - Sputnik Azərbaycan
2/16

Bununla belə, yəqin ki, oyunun əsas hadisəsi "Qarabağ"ın oyunçusu İbrahima Vadjinin "Marsel"in qapısına əllə vurduğu qolu ağdamlıların baş məşqçisi Qurban Qurbanovun ləğv etməsi oldu.

© Sputnik / Murad Orujov

Ev sahibləri oyuna kifayət qədər fəal başladılar, bununla belə, "Qarabağ"ın başlanğıc həmləsinə tab gətirən fransızlar hücuma keçərək hətta oyundakı ilk künc zərbəsini vurmağa nail oldular.

Ev sahibləri oyuna kifayət qədər fəal başladılar, bununla belə, "Qarabağ"ın başlanğıc həmləsinə tab gətirən fransızlar hücuma keçərək hətta oyundakı ilk künc zərbəsini vurmağa nail oldular. - Sputnik Azərbaycan
3/16

Ev sahibləri oyuna kifayət qədər fəal başladılar, bununla belə, "Qarabağ"ın başlanğıc həmləsinə tab gətirən fransızlar hücuma keçərək hətta oyundakı ilk künc zərbəsini vurmağa nail oldular.

© Sputnik / Murad Orujov

Oyunun 12-ci dəqiqəsində "Marsel" hesabı açdı. Dimitri Payenin möhtəşəm ötürməsindən sonra Papu Qeye kəskin fərqlənə bildi.

Oyunun 12-ci dəqiqəsində "Marsel" hesabı açdı. Dimitri Payenin möhtəşəm ötürməsindən sonra Papu Qeye kəskin fərqlənə bildi. - Sputnik Azərbaycan
4/16

Oyunun 12-ci dəqiqəsində "Marsel" hesabı açdı. Dimitri Payenin möhtəşəm ötürməsindən sonra Papu Qeye kəskin fərqlənə bildi.

© Sputnik / Murad Orujov

Bu qoldan sonra "Qarabağ" hesabı bərabərləşdirmək üçün 3 topu dəf etməli oldu. Bununla belə, komanda ümidini itirmədi və tempi bir az da artırdı, bir-birinin ardınca hücumlar təşkil edərək, rəqibi sıxışdırmağa başladı.

Bu qoldan sonra "Qarabağ" hesabı bərabərləşdirmək üçün 3 topu dəf etməli oldu. Bununla belə, komanda ümidini itirmədi və tempi bir az da artırdı, bir-birinin ardınca hücumlar təşkil edərək, rəqibi sıxışdırmağa başladı. - Sputnik Azərbaycan
5/16

Bu qoldan sonra "Qarabağ" hesabı bərabərləşdirmək üçün 3 topu dəf etməli oldu. Bununla belə, komanda ümidini itirmədi və tempi bir az da artırdı, bir-birinin ardınca hücumlar təşkil edərək, rəqibi sıxışdırmağa başladı.

© Sputnik / Murad Orujov

Nəticədə ağdamlıların səyi öz bəhrəsini verdi – 34-cü dəqiqədə Toral Bayramov cərimə meydançasına daxil olaraq topu qapıya göndərdi və İbrahima Vadji hamıdan irəli keçərək görüşdə hesabı bərabərləşdirdi.

Nəticədə ağdamlıların səyi öz bəhrəsini verdi – 34-cü dəqiqədə Toral Bayramov cərimə meydançasına daxil olaraq topu qapıya göndərdi və İbrahima Vadji hamıdan irəli keçərək görüşdə hesabı bərabərləşdirdi. - Sputnik Azərbaycan
6/16

Nəticədə ağdamlıların səyi öz bəhrəsini verdi – 34-cü dəqiqədə Toral Bayramov cərimə meydançasına daxil olaraq topu qapıya göndərdi və İbrahima Vadji hamıdan irəli keçərək görüşdə hesabı bərabərləşdirdi.

© Sputnik / Murad Orujov

Marsellilər Vadjinin topu əllə vurduğunu iddia edərək hakim Bartoş Frankovskinin qolu hesaba almasına etiraz etməyə başladılar.

Marsellilər Vadjinin topu əllə vurduğunu iddia edərək hakim Bartoş Frankovskinin qolu hesaba almasına etiraz etməyə başladılar. - Sputnik Azərbaycan
7/16

Marsellilər Vadjinin topu əllə vurduğunu iddia edərək hakim Bartoş Frankovskinin qolu hesaba almasına etiraz etməyə başladılar.

© Sputnik / Murad Orujov

Qolun təkrar nümayişində, həqiqətən, "Qarabağ"ın futbolçusunun topu əllə vurduğu aydınca görünsə də, UEFA Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığını nəzərə alsaq, ədalətli qola əmin olan hakim fasilədən sonra yenidən meydançanın mərkəzini göstərdi.

Qolun təkrar nümayişində, həqiqətən, "Qarabağ"ın futbolçusunun topu əllə vurduğu aydınca görünsə də, UEFA Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığını nəzərə alsaq, ədalətli qola əmin olan hakim fasilədən sonra yenidən meydançanın mərkəzini göstərdi. - Sputnik Azərbaycan
8/16

Qolun təkrar nümayişində, həqiqətən, "Qarabağ"ın futbolçusunun topu əllə vurduğu aydınca görünsə də, UEFA Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığını nəzərə alsaq, ədalətli qola əmin olan hakim fasilədən sonra yenidən meydançanın mərkəzini göstərdi.

© Sputnik / Murad Orujov

Ancaq o anda hələ uzun müddət müzakirələrə səbəb olacaq gözlənilməz hadisə baş verdi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırdı, bundan sonra o, hakimə tərəf qaçaraq qolu əllə vurduğunu bildirdi. Nəticədə ağdamlıların qolu ləğv olundu.

Ancaq o anda hələ uzun müddət müzakirələrə səbəb olacaq gözlənilməz hadisə baş verdi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırdı, bundan sonra o, hakimə tərəf qaçaraq qolu əllə vurduğunu bildirdi. Nəticədə ağdamlıların qolu ləğv olundu. - Sputnik Azərbaycan
9/16

Ancaq o anda hələ uzun müddət müzakirələrə səbəb olacaq gözlənilməz hadisə baş verdi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırdı, bundan sonra o, hakimə tərəf qaçaraq qolu əllə vurduğunu bildirdi. Nəticədə ağdamlıların qolu ləğv olundu.

© Sputnik / Murad Orujov

Sözsüz ki, "feyr-pley" baxımından Qurbanov layiqli hərəkət etdi, amma hər bir halda, bunun mübahisəli addım olduğunu qeyd etmək lazımdır. Xüsusən də Konfrans Liqasının qrup mərhələsinin VI turunun oyununda ağdamlıların "Bazel"ə vurduğu açıq-aşkar qolun (0:3) hesaba alınmadığını nəzərə alsaq.

Sözsüz ki, "feyr-pley" baxımından Qurbanov layiqli hərəkət etdi, amma hər bir halda, bunun mübahisəli addım olduğunu qeyd etmək lazımdır. Xüsusən də Konfrans Liqasının qrup mərhələsinin VI turunun oyununda ağdamlıların "Bazel"ə vurduğu açıq-aşkar qolun (0:3) hesaba alınmadığını nəzərə alsaq. - Sputnik Azərbaycan
10/16

Sözsüz ki, "feyr-pley" baxımından Qurbanov layiqli hərəkət etdi, amma hər bir halda, bunun mübahisəli addım olduğunu qeyd etmək lazımdır. Xüsusən də Konfrans Liqasının qrup mərhələsinin VI turunun oyununda ağdamlıların "Bazel"ə vurduğu açıq-aşkar qolun (0:3) hesaba alınmadığını nəzərə alsaq.

© Sputnik / Murad Orujov

İkinci hissədə də ağdamlılar hücumlarını davam etdirərək qonaqları öz qapılarına tərəf sıxışdırdılar. Düzdür, son mərhələdə "Qarabağ"ın futbolçularının yekun zərbəyə ehtiyacı var idi və amma bu dəfə İbrahima Vadji rəqib müdafiəçilərindən xilas ola bilmədi.

İkinci hissədə də ağdamlılar hücumlarını davam etdirərək qonaqları öz qapılarına tərəf sıxışdırdılar. Düzdür, son mərhələdə "Qarabağ"ın futbolçularının yekun zərbəyə ehtiyacı var idi və amma bu dəfə İbrahima Vadji rəqib müdafiəçilərindən xilas ola bilmədi. - Sputnik Azərbaycan
11/16

İkinci hissədə də ağdamlılar hücumlarını davam etdirərək qonaqları öz qapılarına tərəf sıxışdırdılar. Düzdür, son mərhələdə "Qarabağ"ın futbolçularının yekun zərbəyə ehtiyacı var idi və amma bu dəfə İbrahima Vadji rəqib müdafiəçilərindən xilas ola bilmədi.

© Sputnik / Murad Orujov

Nəticədə Qurbanov əllə qol vuran Vadjini klubun gənc üzvü Rüstəm Əhmədzadə ilə əvəzlədi.

Nəticədə Qurbanov əllə qol vuran Vadjini klubun gənc üzvü Rüstəm Əhmədzadə ilə əvəzlədi. - Sputnik Azərbaycan
12/16

Nəticədə Qurbanov əllə qol vuran Vadjini klubun gənc üzvü Rüstəm Əhmədzadə ilə əvəzlədi.

© Sputnik / Murad Orujov

"Qarabağ" rəqibini topdan tamamilə məhrum etsə də, bu üstünlüyü qələbəyə çevirmək mümkün olmadı. Digər tərəfdən, futbolda artıq bu, bir qaydaya çevrilib: sən rəqibin qapısına qol vurmasan, o sənin qapına vuracaq.

"Qarabağ" rəqibini topdan tamamilə məhrum etsə də, bu üstünlüyü qələbəyə çevirmək mümkün olmadı. Digər tərəfdən, futbolda artıq bu, bir qaydaya çevrilib: sən rəqibin qapısına qol vurmasan, o sənin qapına vuracaq. - Sputnik Azərbaycan
13/16

"Qarabağ" rəqibini topdan tamamilə məhrum etsə də, bu üstünlüyü qələbəyə çevirmək mümkün olmadı. Digər tərəfdən, futbolda artıq bu, bir qaydaya çevrilib: sən rəqibin qapısına qol vurmasan, o sənin qapına vuracaq.

© Sputnik / Murad Orujov

77-ci dəqiqədə "Marsel" ikinci hissədə ilk qol imkanı əldə etdi və dərhal bundan yararlandı - Matteo Genduzi hesabı 2:0-a çatdırdı və ağdamlıların görüşün müsbət nəticələnməsinə bağladıqları bütün ümidlərini məhv etdi.

77-ci dəqiqədə "Marsel" ikinci hissədə ilk qol imkanı əldə etdi və dərhal bundan yararlandı - Matteo Genduzi hesabı 2:0-a çatdırdı və ağdamlıların görüşün müsbət nəticələnməsinə bağladıqları bütün ümidlərini məhv etdi. - Sputnik Azərbaycan
14/16

77-ci dəqiqədə "Marsel" ikinci hissədə ilk qol imkanı əldə etdi və dərhal bundan yararlandı - Matteo Genduzi hesabı 2:0-a çatdırdı və ağdamlıların görüşün müsbət nəticələnməsinə bağladıqları bütün ümidlərini məhv etdi.

© Sputnik / Murad Orujov

Buraxılan ikinci qoldan sonra oyunun tempi xeyli aşağı düşdü və motivasiyasını tamamilə itirən ağdamlılar rəqibi irəli buraxmağa başladılar. Nəticədə Konrad Fuente üçüncü topu meydança sahiblərinin qapısından keçirdi.

Buraxılan ikinci qoldan sonra oyunun tempi xeyli aşağı düşdü və motivasiyasını tamamilə itirən ağdamlılar rəqibi irəli buraxmağa başladılar. Nəticədə Konrad Fuente üçüncü topu meydança sahiblərinin qapısından keçirdi. - Sputnik Azərbaycan
15/16

Buraxılan ikinci qoldan sonra oyunun tempi xeyli aşağı düşdü və motivasiyasını tamamilə itirən ağdamlılar rəqibi irəli buraxmağa başladılar. Nəticədə Konrad Fuente üçüncü topu meydança sahiblərinin qapısından keçirdi.

© Sputnik / Murad Orujov

Beləliklə, "Qarabağ" Azərbaycan futbolunun tarixinə düşəcək 2021/2022 mövsümündə Avropa kuboku uğrunda mübarizəsini başa vurdu. Ağdam komandası futbol üzrə Azərbaycanın Avropa kubokunun qrup mərhələsini keçə bilən ilk komanda oldu.

Beləliklə, "Qarabağ" Azərbaycan futbolunun tarixinə düşəcək 2021/2022 mövsümündə Avropa kuboku uğrunda mübarizəsini başa vurdu. Ağdam komandası futbol üzrə Azərbaycanın Avropa kubokunun qrup mərhələsini keçə bilən ilk komanda oldu. - Sputnik Azərbaycan
16/16

Xəbər lenti
0