Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MN komanda-qərargah təlimləri keçirir

Hərbçi - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunur və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir.
BAKI, 24 fevral — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunur və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir.
Tapşırıqların icrası ilə bağlı komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.
Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.
Komanda-qərargah təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0