https://sputnik.az/20220224/en-faydali-ve-kalorili-quru-meyvelerle-bagli-bu-meqamlari-bilmek-gerekdir-439521681.html
Ən faydalı və kalorili: quru meyvələrlə bağlı bu məqamları bilmək gərəkdir
Ən faydalı və kalorili: quru meyvələrlə bağlı bu məqamları bilmək gərəkdir
Sputnik Azərbaycan
Gündəlik A vitamini normasının 47%-ni ancaq bir quru meyvədən də ala bilərsiniz. 24.02.2022, Sputnik Azərbaycan
2022-02-24T07:42+0400
2022-02-24T07:42+0400
2022-02-24T07:42+0400
səhiyyə
quru meyvə
fayda
https://cdnn1.img.sputnik.az/img/40402/29/404022905_0:0:3076:1731_1920x0_80_0_0_f6d9d464f8bfd4c982bbd41125523d5f.jpg
BAKI, 24 fevral — Sputnik. Diyetoloq Lyudmila Mikityuk ən faydalı dörd quru meyvənin xüsusiyyətlərini RİA Novosti-yə verdiyi müsahibəsində açıqlayıb."Ən populyar və ən faydalı quru meyvələr kişmiş, qaysı, xurma və qara gavalı qurusudur. Bu sadalanan quru meyvələr çox qidalıdır. Onlar təzə meyvələrdən üç dəfə çox lif, vitamin və minerallara malikdir və tövsiyə olunan gündəlik qida dəyərinin daha yüksək faizini təmin edə bilir. Bu ləzzətlərin tərkibində güclü antioksidantlar olan çoxlu polifenollar var", - deyə mütəxəssis bildirib."Kişmişin tərkibində kalium, B qrupu vitaminləri var ki, bunun da sayəsində onlar qan təzyiqini aşağı salmağa, həmçinin orqanizmdə iltihab prosesini azaltmağa qadirdir. Qara gavalı qurusu bağırsağın fəaliyyətini yaxşılaşdırır. O, həmçinin kalium, lif, A və K vitaminləri ilə zəngindir, ürək-damar xəstəlikləri üçün yaxşı profilaktika vasitəsidir", - deyə Mikityuk qeyd edib."Xurma qurusu dəmir, kalium, liflə zəngindir. Sərbəst radikalların yaratdığı zədələrin azalmasına səbəb olan antioksidantlar arasında liderdir. Bu quru meyvə hamiləliyin son aylarında çox faydalıdır. Qaysı qurusu isə göz xəstəliklərinin qarşısını alır. Lif, kalium, A və C vitaminləri ilə zəngindir. Gündəlik A vitamini normasının 47%-ni təmin edə bilər, bu da bizim dərimiz və gözlərimiz üçün faydalıdır", - diyetoloq əlavə edib.Ancaq Mikityuk onu da xatırladıb ki, quru meyvələrin kalorisi yüksək olur, ona görə də yeyilənlərin miqdarını izləmək vacibdir, əks halda, bu faydalı qidadan asanlıqla kökəlmək olar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40402/29/404022905_345:0:3076:2048_1920x0_80_0_0_0c9d8433e8a76816a67f9e557848ab22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ən faydalı və kalorili quru meyvələr video
ən faydalı və kalorili quru meyvələr video
Ən faydalı və kalorili: quru meyvələrlə bağlı bu məqamları bilmək gərəkdir
Gündəlik A vitamini normasının 47%-ni ancaq bir quru meyvədən də ala bilərsiniz.
BAKI, 24 fevral — Sputnik. Diyetoloq Lyudmila Mikityuk ən faydalı dörd quru meyvənin xüsusiyyətlərini RİA Novosti-yə verdiyi müsahibəsində açıqlayıb.
"Ən populyar və ən faydalı quru meyvələr kişmiş, qaysı, xurma və qara gavalı qurusudur. Bu sadalanan quru meyvələr çox qidalıdır. Onlar təzə meyvələrdən üç dəfə çox lif, vitamin və minerallara malikdir və tövsiyə olunan gündəlik qida dəyərinin daha yüksək faizini təmin edə bilir. Bu ləzzətlərin tərkibində güclü antioksidantlar olan çoxlu polifenollar var", - deyə mütəxəssis bildirib.
"Kişmişin tərkibində kalium, B qrupu vitaminləri var ki, bunun da sayəsində onlar qan təzyiqini aşağı salmağa, həmçinin orqanizmdə iltihab prosesini azaltmağa qadirdir. Qara gavalı qurusu bağırsağın fəaliyyətini yaxşılaşdırır. O, həmçinin kalium, lif, A və K vitaminləri ilə zəngindir, ürək-damar xəstəlikləri üçün yaxşı profilaktika vasitəsidir", - deyə Mikityuk qeyd edib.
"Xurma qurusu dəmir, kalium, liflə zəngindir. Sərbəst radikalların yaratdığı zədələrin azalmasına səbəb olan antioksidantlar arasında liderdir. Bu quru meyvə hamiləliyin son aylarında çox faydalıdır. Qaysı qurusu isə göz xəstəliklərinin qarşısını alır. Lif, kalium, A və C vitaminləri ilə zəngindir. Gündəlik A vitamini normasının 47%-ni təmin edə bilər, bu da bizim dərimiz və gözlərimiz üçün faydalıdır", - diyetoloq əlavə edib.
Ancaq Mikityuk onu da xatırladıb ki, quru meyvələrin kalorisi yüksək olur, ona görə də yeyilənlərin miqdarını izləmək vacibdir, əks halda, bu faydalı qidadan asanlıqla kökəlmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.