https://sputnik.az/20220224/azerbaycanin-rayon-ve-seherlerinde-maaslar-ne-qeder-olub---cedvel-439402653.html
Azərbaycanın rayon və şəhərlərində maaşlar nə qədər olub - CƏDVƏL
Azərbaycanın rayon və şəhərlərində maaşlar nə qədər olub - CƏDVƏL
Sputnik Azərbaycan
Ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı hansı rayon və şəhərlərdə qeydə alınıb?
2022-02-24T09:32+0400
2022-02-24T09:32+0400
2022-02-24T09:32+0400
maaş
iqtisadiyyat
rayon
əməkhaqqı
cədvəl
https://cdnn1.img.sputnik.az/img/40671/98/406719880_0:0:2000:1125_1920x0_80_0_0_847d2eca2e49d2d82601383ec411a023.jpg
BAKI, 24 fevral — Sputnik. Ötən il Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 705,1 min nəfər olub. Ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil edib.Bəs ötən il ölkədə rayon və şəhərlər üzrə orta aylıq əməkhaqqı nə qədər olub, ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı hansı rayon və şəhərlərdə qeydə alınıb?Ən yüksək orta aylıq əməkhaqqı üzrə Bakı liderdirDövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən yüksək orta aylıq nominal əməkhaqqı Bakı şəhərində qeydə alınıb. Belə ki, paytaxta bu göstərici 948,9 manat təşkil edib. İkinci ən çox orta aylıq nominal əməkhaqqı Daşkəsən rayonunda olub - 709,4 manat. Üçüncü yerdə isə 668,1 manat olmaqla Gədəbəy rayonu qərarlaşıb.Ən yüksək orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 647,2 manat olmaqla Sumqayıt şəhəri, beşinci yer isə 626,7 manat olmaqla Sədərək rayonudur.Ən aşağı orta aylıq əməkhaqqı Qaxda qeydə alınıbÖlkə üzrə ən aşağı orta aylıq nominal əməkhaqqı Qax rayonunda qeydə alınıb. Belə ki, rayonda bu göstərici 399,4 manat olub. İkinci ən aşağı orta aylıq nominal əməkhaqqı Zaqatala rayonunda qeydə alınıb - 411,1 manat. Üçüncü yerdə isə 413,6 manat olmaqla Ağdam rayonu qərarlaşıb.Ən aşağı orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 417,1 manat olmaqla Balakən rayonu, beşinci yer isə 420,1 manat olmaqla Xızı rayonudur.Şuşada orta aylıq əməkhaqqı 545,1 manat olubBundan başqa, Qarabağ iqtisadi rayonu üzrə ötən il orta aylıq nominal əməkhaqqı 437,5 manat təşkil edib. Məsələn, Şuşada bu göstərici 545,1 manat, Füzulidə 467,7 manat, Tərtərdə 430,2 manat olub.Cəbrayılda əməkhaqqı 496,7 manat təşkil edibŞərqi Zəngəzur iqtisadi rayonu üzrə orta aylıq nominal əməkhaqqı 483,2 manat olub. Bu göstərici Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda 496,7 manat, Kəlbəcər rayonunda 463,2 manat, Qubadlı rayonunda 559,3 manat, Laçın rayonunda 456,6 manat, Zəngilan rayonunda 526,0 manat qeydə alınıb.Ölkə üzrə orta aylıq əməkhaqqı 3,4 faiz artıbQeyd edək ki, 2021-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3163,8 manat, qeyri-neft-qaz sektorunda 683,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci il fevralın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 304,3 min nəfər olub, onlardan 4 milyon 988,5 min nəfərini məşğul əhali təşkil edib.Muzdla çalışanlar 1 milyon 705 min nəfər olubCari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1 milyon 705,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 904,7 min nəfər, qeyri-dövlət sektorunda isə 800,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 673,6 min nəfər çalışıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40671/98/406719880_293:0:2000:1280_1920x0_80_0_0_680ccb65a5c3094a62ddb22f2dc6311a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kim neçə manat qazanır: ən aşağı və yuxarı orta aylıq əməkhaqqı video rayonlar
kim neçə manat qazanır: ən aşağı və yuxarı orta aylıq əməkhaqqı video rayonlar
Azərbaycanın rayon və şəhərlərində maaşlar nə qədər olub - CƏDVƏL
Keçən il Azərbaycanda ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3,4 faiz artıb. Ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı hansı rayon və şəhərlərdə qeydə alınıb?
BAKI, 24 fevral — Sputnik. Ötən il Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 705,1 min nəfər olub. Ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil edib.
Bəs ötən il ölkədə rayon və şəhərlər üzrə orta aylıq əməkhaqqı nə qədər olub, ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı hansı rayon və şəhərlərdə qeydə alınıb?
Ən yüksək orta aylıq əməkhaqqı üzrə Bakı liderdir
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən yüksək orta aylıq nominal əməkhaqqı Bakı şəhərində qeydə alınıb. Belə ki, paytaxta bu göstərici 948,9 manat təşkil edib. İkinci ən çox orta aylıq nominal əməkhaqqı Daşkəsən rayonunda olub - 709,4 manat. Üçüncü yerdə isə 668,1 manat olmaqla Gədəbəy rayonu qərarlaşıb.
Ən yüksək orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 647,2 manat olmaqla Sumqayıt şəhəri, beşinci yer isə 626,7 manat olmaqla Sədərək rayonudur.
Ən aşağı orta aylıq əməkhaqqı Qaxda qeydə alınıb
Ölkə üzrə ən aşağı orta aylıq nominal əməkhaqqı Qax rayonunda qeydə alınıb. Belə ki, rayonda bu göstərici 399,4 manat olub. İkinci ən aşağı orta aylıq nominal əməkhaqqı Zaqatala rayonunda qeydə alınıb - 411,1 manat. Üçüncü yerdə isə 413,6 manat olmaqla Ağdam rayonu qərarlaşıb.
Ən aşağı orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 417,1 manat olmaqla Balakən rayonu, beşinci yer isə 420,1 manat olmaqla Xızı rayonudur.
Şuşada orta aylıq əməkhaqqı 545,1 manat olub
Bundan başqa, Qarabağ iqtisadi rayonu üzrə ötən il orta aylıq nominal əməkhaqqı 437,5 manat təşkil edib. Məsələn, Şuşada bu göstərici 545,1 manat, Füzulidə 467,7 manat, Tərtərdə 430,2 manat olub.
Cəbrayılda əməkhaqqı 496,7 manat təşkil edib
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə orta aylıq nominal əməkhaqqı 483,2 manat olub. Bu göstərici Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda 496,7 manat, Kəlbəcər rayonunda 463,2 manat, Qubadlı rayonunda 559,3 manat, Laçın rayonunda 456,6 manat, Zəngilan rayonunda 526,0 manat qeydə alınıb.
Ölkə üzrə orta aylıq əməkhaqqı 3,4 faiz artıb
Qeyd edək ki, 2021-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3163,8 manat, qeyri-neft-qaz sektorunda 683,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci il fevralın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 304,3 min nəfər olub, onlardan 4 milyon 988,5 min nəfərini məşğul əhali təşkil edib.
Muzdla çalışanlar 1 milyon 705 min nəfər olub
Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1 milyon 705,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 904,7 min nəfər, qeyri-dövlət sektorunda isə 800,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 673,6 min nəfər çalışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.