https://sputnik.az/20220224/azerbaycanda-su-ehtiyatlari-ile-bagli-veziyyet-necedir--ekspert-cavab-verir-439560899.html
Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət necədir? – Ekspert cavab verir
Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət necədir? – Ekspert cavab verir
Sputnik Azərbaycan
Mütəxəssis hesab edir ki, Azərbaycan öz ölkəsinin su ehtiyatlarına daha rasional yanaşmalı, Türkiyə və İsraildən nümunə götürməlidir.
2022-02-24T22:01+0400
2022-02-24T22:01+0400
2022-02-24T22:01+0400
azərbaycan
cəmiyyət
yaşıllar partiyası
su və torpaq ehtiyatları
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/15/436525925_0:158:3080:1891_1920x0_80_0_0_05cc3f92e0e90a37e7ade4dad7d2cb87.jpg
BAKI, 24 fevral — Sputnik. Kürün səviyyəsinin azalması məsələsi kəskin şəkildə gündəmdədir. Azərbaycanın bütün aqrar sahəsinin su təchizatı təhlükə altındadır. Azərbaycan yaxın onilliklərdə içməli su problemi ilə üzləşə bilərmi və ölkədə su ehtiyatları ilə bağlı vəziyyət necədir? Mövzunu Azərbaycan "Yaşıllar Hərəkatı"nın sədri Fəridə Hüseynova ilə müzakirə etdik və ondan Azərbaycanın əsas su arteriyasının qurumasının səbəbini soruşduq.Məlum olduğu kimi, bu, ilk növbədə qlobal istiləşmə və ölkədə cari qışda minimum yağıntı ilə əlaqədardır."Azərbaycan, suyu az olan ölkədir və bizim əsas su ehtiyatlarımız Böyük və Kiçik Qafqazın digər ölkələrindən başlayan çaylarla doldurulur. Əgər oradakı iqlim şəraiti bol su axınına uyğun gəlməsə, o zaman bizim çaylarımız dayazlaşır", - deyə Hüseynova qeyd edib.Ekspertin sözlərinə görə, Azərbaycanda belə hallar üçün inşa edilmiş su anbarları aqrar sektorun kəskin su çatışmazlığının qarşısını almağa kömək edir. Ancaq burada da hər şey o qədər də asan deyil, yağıntının olmaması səbəbindən su anbarlarında da su qıtlığı müşahidə olunur.Mütəxəssis hesab edir ki, Azərbaycan öz ölkəsinin su ehtiyatlarına daha rasional yanaşmalı, Türkiyə və İsraildən nümunə götürməlidir."İsraildə bu gün damcılı suvarma üsulu geniş yayılıb. Türkiyə indi damcılı suvarma üçün dronlardan faydalanır, fermerlər dronları alıb suyun rasional və bərabər istifadəsi üçün istifadə edirlər. Biz ölkənin su ehtiyatlarına daha diqqətlə yanaşmalıyıq", - deyə Hüseynova əlavə edib."Yaşıllar Hərəkatı"nın sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə böyük su ehtiyatları var. Ancaq sovet dövründə orada tikilmiş su anbarlarının bir hissəsi acınacaqlı vəziyyətdədir. Buna görə də işğaldan azad edilmiş əraziləri, ətraf əraziləri, düzənlik hissələrini, çayarası və Kür-Araz ovalığını su ilə təmin etmək üçün yeni su anbarlarının yaradılması nəzərdə tutulur.Fəridə Hüseynova vurğulayıb ki, yolların tikintisinə diqqət yetirmək vacibdir ki, bu da indiki kimi birbaşa düz deyil, serpantin (dolama yol) üzrə çəkilməlidir. Əks halda, meşə massivlərinin ekosistemi pozulur və nəticədə bulaqlar quruyur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210629/Ermnistann-Oxuay-irklndirmsi-il-bal-faktlar-aqlanb-427343630.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/15/436525925_175:0:2906:2048_1920x0_80_0_0_140b84886a14f10591a4bcdb7224f28a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət necədir? – ekspert cavab verir
azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət necədir? – ekspert cavab verir
Azərbaycanda su ehtiyatları ilə bağlı vəziyyət necədir? – Ekspert cavab verir
Mütəxəssis hesab edir ki, Azərbaycan öz ölkəsinin su ehtiyatlarına daha rasional yanaşmalı, Türkiyə və İsraildən nümunə götürməlidir.
BAKI, 24 fevral — Sputnik. Kürün səviyyəsinin azalması məsələsi kəskin şəkildə gündəmdədir. Azərbaycanın bütün aqrar sahəsinin su təchizatı təhlükə altındadır. Azərbaycan yaxın onilliklərdə içməli su problemi ilə üzləşə bilərmi və ölkədə su ehtiyatları ilə bağlı vəziyyət necədir?
Mövzunu Azərbaycan "Yaşıllar Hərəkatı"nın sədri Fəridə Hüseynova ilə müzakirə etdik və ondan Azərbaycanın əsas su arteriyasının qurumasının səbəbini soruşduq.
Məlum olduğu kimi, bu, ilk növbədə qlobal istiləşmə və ölkədə cari qışda minimum yağıntı ilə əlaqədardır.
"Azərbaycan, suyu az olan ölkədir və bizim əsas su ehtiyatlarımız Böyük və Kiçik Qafqazın digər ölkələrindən başlayan çaylarla doldurulur. Əgər oradakı iqlim şəraiti bol su axınına uyğun gəlməsə, o zaman bizim çaylarımız dayazlaşır", - deyə Hüseynova qeyd edib.
Ekspertin sözlərinə görə, Azərbaycanda belə hallar üçün inşa edilmiş su anbarları aqrar sektorun kəskin su çatışmazlığının qarşısını almağa kömək edir. Ancaq burada da hər şey o qədər də asan deyil, yağıntının olmaması səbəbindən su anbarlarında da su qıtlığı müşahidə olunur.
Mütəxəssis hesab edir ki, Azərbaycan öz ölkəsinin su ehtiyatlarına daha rasional yanaşmalı, Türkiyə və İsraildən nümunə götürməlidir.
"İsraildə bu gün damcılı suvarma üsulu geniş yayılıb. Türkiyə indi damcılı suvarma üçün dronlardan faydalanır, fermerlər dronları alıb suyun rasional və bərabər istifadəsi üçün istifadə edirlər. Biz ölkənin su ehtiyatlarına daha diqqətlə yanaşmalıyıq", - deyə Hüseynova əlavə edib.
"Yaşıllar Hərəkatı"nın sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə böyük su ehtiyatları var. Ancaq sovet dövründə orada tikilmiş su anbarlarının bir hissəsi acınacaqlı vəziyyətdədir. Buna görə də işğaldan azad edilmiş əraziləri, ətraf əraziləri, düzənlik hissələrini, çayarası və Kür-Araz ovalığını su ilə təmin etmək üçün yeni su anbarlarının yaradılması nəzərdə tutulur.
Fəridə Hüseynova vurğulayıb ki, yolların tikintisinə diqqət yetirmək vacibdir ki, bu da indiki kimi birbaşa düz deyil, serpantin (dolama yol) üzrə çəkilməlidir. Əks halda, meşə massivlərinin ekosistemi pozulur və nəticədə bulaqlar quruyur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.