CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda himayədar ailələrə sosial dəstək göstəriləcək

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidAna və uşaqları
Ana və uşaqları - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Nazir qeyd edib ki, dövlətin niyyəti və məqsədi birmənalı olaraq mümkün qədər uşaqların sosial xidmət müəssisələrində böyüməməsidir.
BAKI, 24 fevral — Sputnik. Himayədər ailə modelində əsas məqsəd uşaqların sosial xidmət müəssisələrinə düşməməsi, ailədə böyüməsidir. Həmin ailələrə dövlətin sosial xidmət dəstək mexanizmləri müəyyən edilib və bu mexanizmlər çərçivəsində o ailələrə dəstək veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əgər himayədar ailə metodu çalışmayacaqsa, uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və həmin uşağın övladlığa verilməsi istiqamətində işə başlanılacaq.
O qeyd edib ki, dövlətin burada niyyəti və məqsədi birmənalı olaraq mümkün qədər uşaqların sosial xidmət müəssisələrində böyüməməsidir: "Burada birincisi uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da alınmayanda övladlığa verilməsi mexanizmidir".
"Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı bu proses izləniləcək. Düşünürük ki, bu mexanizm dünyada olduğu kimi Azərbaycanda da uğurlu nəticə verəcək", - deyə nazir bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Xatırladaq ki, qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.
Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.
Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.
Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər.
Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0