NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti 101 dollara yaxınlaşdı

© Sputnik / © Sputnik / Elvin AhmadNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
BAKI, 24 fevral — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,12% artaraq 100,80 ABŞ dollarına çatıb.
Dünən "Brent" markalı neftin bir bareli 101,22 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Bu barədə məlumatı "Report"a neft bazarındakı mənbə məlumat verib.
Qeyd edək ki, fevralın 23-də dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,35% və ya 1,34 dollar bahalaşaraq 100,68 dollara bərabər olub.
Bununla yanaşı, hazırda dünya bazarında neft markalarının etalon qiymətlərində cüzi ucuzlaşma müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0