https://sputnik.az/20220224/abs-qosunlari-ukraynada-rusiya-ile-doyusmeyecek---bayden--439568921.html
ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək - Bayden
ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək - Bayden
Sputnik Azərbaycan
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
2022-02-24T23:20+0400
2022-02-24T23:20+0400
2022-02-25T10:12+0400
dünya xəbərləri
co bayden
rusiya
ukrayna
qoşun
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439434459_0:0:2388:1344_1920x0_80_0_0_d0e0a796e62479ade2e75e0c28240c55.jpg
BAKI, 24 fevral - Sputnik. ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək. RİA Novosti xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden cümə axşamı televiziya ilə çıxışında deyib.“Bir daha deyirəm ki, bizim qüvvələrimiz Ukraynada Rusiya ilə münaqişədə iştirak etməyəcək. Bizim qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərq cinahdakı müttəfiqlərimizi dəstəkləmək üçün gedir”, - deyə Bayden bildirib.Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib."Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220224/putinle-ran-prezidenti-arasinda-telefon-danisigi-olub-439567865.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439434459_265:0:2388:1592_1920x0_80_0_0_237eba403e8e9828457a823a7c5e902c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş qoşunları ukraynada rusiya ilə döyüşməyəcək - bayden
abş qoşunları ukraynada rusiya ilə döyüşməyəcək - bayden
ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək - Bayden
23:20 24.02.2022 (Yenilənib: 10:12 25.02.2022) Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
BAKI, 24 fevral - Sputnik. ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək. RİA Novosti xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden cümə axşamı televiziya ilə çıxışında deyib.
“Bir daha deyirəm ki, bizim qüvvələrimiz Ukraynada Rusiya ilə münaqişədə iştirak etməyəcək. Bizim qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərq cinahdakı müttəfiqlərimizi dəstəkləmək üçün gedir”, - deyə Bayden bildirib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.