https://sputnik.az/20220223/vdeo-bakida-taksilerle-bagli-reyd-baslandi-439506619.html
VİDEO: Bakıda taksilərlə bağlı reyd başlandı
VİDEO: Bakıda taksilərlə bağlı reyd başlandı
Sputnik Azərbaycan
Bakıda ictimai nəqliyyatda rast gəlinən pozuntularla bağlı polis reyd keçirib. Baş verənləri Sputnik Azərbaycan-ın videosunda izləyin. 23.02.2022, Sputnik Azərbaycan
2022-02-23T18:04+0400
2022-02-23T18:04+0400
2022-02-23T18:04+0400
video
bakı
azərbaycan
reyd
taksi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439504520_0:0:1920:1080_1920x0_80_0_0_24d5ffa87364f365fa1876522bc04b4e.jpg
İctimai nəqliyyat pandemiya dövründə karantin qaydalarının ən çox pozulduğu sahələrdəndir. Avtobus və taksi sürücülərindən pandemiya dövründə karantin qaydalarına uyğun fəaliyyət göstərmək tələb olunsa da, sürücülər əksər hallarda bu qaydalara əməl etmirlər. Qaydaların pozulmasına sərnişinlər tərəfindən də yol verilir. Artıq iki gündür ki, Daxili İşlər Nazirliyi yol polisi əməkdaşları ilə birgə ictimai nəqliyyatda, xüsusilə taksilərdə karantin qaydalarının tələblərinə əməl edilməsinə nəzarət və maarifləndirmə məqsədilə reydlər təşkil olunur. Sputnik Azərbaycan bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində təşkil olunan reydi izləyib.Reyd zamanı taksi sürücülərinin əksəriyyətinin pandemiya qaydalarının tələblərinə əməl etmədiyi üzə çıxıb. Taksilərin əksəriyyətində şəffaf arakəsmələr olmadığından onların sürücülərinə Sabunçu Rayon Yol Polisi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən karantin qaydaları izah olunub. Reyd zamanı saxlanılan taksilərin əksəriyyətində sərnişinlərin avtomobilin ön oturacağında əyləşdiyi də qeydə alınıb. Həmçinin sürücülərinin çoxunun tibbi maskadan istifadə etmədən taksi xidməti göstərməsi halları aşkarlanıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin rejimi qaydalarının pozulmasına ən çox ictimai nəqliyyatda rast gəlinir: "Bu gün Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının apardığı profilaktik tədbir nəticəsində məlum oldu ki, taksi fəaliyyəti ilə məşğul olanlar bir çox hallarda bu qaydalara etinadsız yanaşırlar. Həmin sürücülərlə söhbət aparılaraq onlara inzibati tənbeh tədbiri tətbiq olundu. Ən çox qayda pozuntusu ictimai nəqliyyatda qeydə alınır. Sərnişinlər ya ümumiyyətlə tibbi maskadan istifadə etmir, yaxud da tibbi maskadan düzgün istifadə etmirlər".N.Əliyev qeyd edib ki, taksi fəaliyyəti göstərənlər karantin rejimi qaydalarına uyğun davranmırlar: "Taksilər şəffaf arakəsmələrlə təmin olunmur, öndə sərnişin əyləşdirirlər. İctimai nəqliyyatda virus riski yüksək olduğundan, bu qaydalara ikiqat məsuliyyətli yanaşmaq lazımdır".Onun sözlərinə görə, bu gün virus riskinin yüksək olduğu qapalı məkanlarda da nəzarət tədbirləri həyata keçirilir.N.Əliyev bildirib ki, karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun inzibati tənbeh tədbirləri tətbiq olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439504520_240:0:1680:1080_1920x0_80_0_0_ebb4c29ec6639fa12be4694c5ec59e91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ictimai nəqliyyatda ən çox karantin qaydalarını pozanlar - video
ictimai nəqliyyatda ən çox karantin qaydalarını pozanlar - video
VİDEO: Bakıda taksilərlə bağlı reyd başlandı
Bakıda ictimai nəqliyyatda rast gəlinən pozuntularla bağlı polis reyd keçirib. Baş verənləri Sputnik Azərbaycan-ın videosunda izləyin.
İctimai nəqliyyat pandemiya dövründə karantin qaydalarının ən çox pozulduğu sahələrdəndir. Avtobus və taksi sürücülərindən pandemiya dövründə karantin qaydalarına uyğun fəaliyyət göstərmək tələb olunsa da, sürücülər əksər hallarda bu qaydalara əməl etmirlər. Qaydaların pozulmasına sərnişinlər tərəfindən də yol verilir. Artıq iki gündür ki, Daxili İşlər Nazirliyi yol polisi əməkdaşları ilə birgə ictimai nəqliyyatda, xüsusilə taksilərdə karantin qaydalarının tələblərinə əməl edilməsinə nəzarət və maarifləndirmə məqsədilə reydlər təşkil olunur. Sputnik Azərbaycan bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində təşkil olunan reydi izləyib.
Reyd zamanı taksi sürücülərinin əksəriyyətinin pandemiya qaydalarının tələblərinə əməl etmədiyi üzə çıxıb. Taksilərin əksəriyyətində şəffaf arakəsmələr olmadığından onların sürücülərinə Sabunçu Rayon Yol Polisi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən karantin qaydaları izah olunub. Reyd zamanı saxlanılan taksilərin əksəriyyətində sərnişinlərin avtomobilin ön oturacağında əyləşdiyi də qeydə alınıb. Həmçinin sürücülərinin çoxunun tibbi maskadan istifadə etmədən taksi xidməti göstərməsi halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin rejimi qaydalarının pozulmasına ən çox ictimai nəqliyyatda rast gəlinir: "Bu gün Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının apardığı profilaktik tədbir nəticəsində məlum oldu ki, taksi fəaliyyəti ilə məşğul olanlar bir çox hallarda bu qaydalara etinadsız yanaşırlar. Həmin sürücülərlə söhbət aparılaraq onlara inzibati tənbeh tədbiri tətbiq olundu. Ən çox qayda pozuntusu ictimai nəqliyyatda qeydə alınır. Sərnişinlər ya ümumiyyətlə tibbi maskadan istifadə etmir, yaxud da tibbi maskadan düzgün istifadə etmirlər".
N.Əliyev qeyd edib ki, taksi fəaliyyəti göstərənlər karantin rejimi qaydalarına uyğun davranmırlar: "Taksilər şəffaf arakəsmələrlə təmin olunmur, öndə sərnişin əyləşdirirlər. İctimai nəqliyyatda virus riski yüksək olduğundan, bu qaydalara ikiqat məsuliyyətli yanaşmaq lazımdır".
Onun sözlərinə görə, bu gün virus riskinin yüksək olduğu qapalı məkanlarda da nəzarət tədbirləri həyata keçirilir.
N.Əliyev bildirib ki, karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun inzibati tənbeh tədbirləri tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.