DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quduzluq və koronavirus arasında nə əlaqə var

© pixabay / designfotoİt
İt - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
Mütəxəssislərin fikrincə, peyvəndlə bağlı müzakirələrdə elmi biliklərin təşviqi və bir çox insanın beynində vaksin haqqında sualların aradan qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir.
BAKI, 23 fevral — Sputnik. Samarada sağalmaz quduzluğa qarşı peyvəndin yaradıcısı, fransız akademiki Lui Pasterin anadan olmasının 200 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Rusiya və Fransa alimləri həmin tədbirlərdə bir araya gəliblər.
Hazırda koronavirus peyvəndinə şübhə ilə yanaşıldığı kimi, XIX əsrdə cəmiyyətin bir hissəsi Lui Pasterin quduzluğun müalicəsi üçün kəşf etdiyi vaksini də qəbul etməyib və hətta onu təhlükəli hesab edib. Ancaq rus hakimiyyəti 1886-cı ildə 100 min frank ianə edərək fransız aliminə mikrobioloji institutun yaradılmasında ilk maliyyə dəstəyini göstərib.
Tədbirlərdə çıxışların əsas mövzularından biri 135 il əvvəl müasir Rusiya ərazisində ilk Paster stansiyasının yaradılması olub. Fransız akademikin ilk rusiyalı xəstəsi isə Samaradan olan azyaşlı – Mitya Kalyapin olub.
Onu həmin dövrdə sözügedən xəstəlikdən sağalması az qala möcüzə kimi qəbul olunaraq ölkənin hər yerindən quduzluq xəstələrinin müalicəsi üçün Paster stansiyalarının açılmasına gətirib çıxardı.
"Samara XIX əsrdə kiçik məhəllələrdən ibarət böyük kəndi xatırladırdı. Kanalizasiya yox idi, şəhərin sanitar vəziyyəti dəhşətli halda idi. Çiçək, vəba, quduzluq baş alıb gedirdi. Odur ki, peyvənd təcrübələri çox böyük sosial əhəmiyyət kəsb edirdi. Bu, millətin sağlamlığını qorumağa imkan verdi", – deyə akademik S.P. Korolyov adına Samara Milli Tədqiqat Universitetinin fəxri professoru Pyotr Kabıtov bildirib.
Mütəxəssislərin fikrincə, peyvəndlə bağlı müzakirələrdə elmi biliklərin təşviqi və bir çox insanın beynində vaksin haqqında sualların aradan qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, fransız alimi və kimyaçısı Lui Paster mikrobiologiyanın banisi sayılır. Onun əsas nailiyyəti sağalmaz quduzluğa qarşı peyvəndin hazırlanması olub və bu, bütün dünyada minlərlə insanın həyatını xilas edib. 2022-ci ildə akademikin 200 illik yubileyi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həkim  - Sputnik Azərbaycan, 1920, 21.02.2022
CƏMİYYƏT
Koronavirusdan sonra insult riski barədə xəbərdarlıq
Xəbər lenti
0