https://sputnik.az/20220223/mudafie-nazirliyinin-daha-bir-polkovniki-hebs-olundu-439476755.html
Müdafiə Nazirliyinin daha bir polkovniki həbs olundu
Müdafiə Nazirliyinin daha bir polkovniki həbs olundu
Sputnik Azərbaycan
Ona qarşı Hərbi Prokurorluğun İstintaq idarəsi Cinayət Məcəlləsinin iki maddəsi üzrə iş açıb. 23.02.2022, Sputnik Azərbaycan
2022-02-23T19:34+0400
2022-02-23T19:34+0400
2022-02-23T19:40+0400
hərbi
müdafiə nazirliyi
həbs
rəis
polkovnik
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_0:94:1800:1107_1920x0_80_0_0_142f709a55b184b1aecc69cb951d089a.jpg
BAKI, 23 fevral - Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin daha bir sabiq işçisi həbs edilib.Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb. Qeyud olunur ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4 (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Bundan öncə, fevralın 21-də Müdafiə Nazirliyinin adıçəkilən idarəsinin daha bir sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılmışdı. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.Fevralın 13-də isə Müdafiə Nazirliyinin 4 hərbçisi 10 milyon manatlıq mənimsəmədə ittiham olunaraq saxlanılıb.Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_100:0:1700:1200_1920x0_80_0_0_208a5acbf8f46e29a125ffc7fc206d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyinin daha bir polkovniki həbs olundu
müdafiə nazirliyinin daha bir polkovniki həbs olundu
Müdafiə Nazirliyinin daha bir polkovniki həbs olundu
19:34 23.02.2022 (Yenilənib: 19:40 23.02.2022) Ona qarşı Hərbi Prokurorluğun İstintaq idarəsi Cinayət Məcəlləsinin iki maddəsi üzrə iş açıb.
BAKI, 23 fevral - Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin daha bir sabiq işçisi həbs edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Qeyud olunur ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4 (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan öncə, fevralın 21-də Müdafiə Nazirliyinin adıçəkilən idarəsinin daha bir sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılmışdı. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.
Fevralın 13-də isə Müdafiə Nazirliyinin 4 hərbçisi 10 milyon manatlıq mənimsəmədə ittiham olunaraq saxlanılıb.
Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.