https://sputnik.az/20220223/goycaydaki-qetlle-bagli-melumat-yayilib-439478457.html
Göyçaydakı qətllə bağlı məlumat yayılıb
Göyçaydakı qətllə bağlı məlumat yayılıb
Sputnik Azərbaycan
Hadisəni törədən N Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin Rusiyaya meyvə ixrac edən iş adamı olduğu bildirilir. 23.02.2022, Sputnik Azərbaycan
2022-02-23T11:21+0400
2022-02-23T11:21+0400
2022-02-23T11:21+0400
qətl
hadisə
göyçay
şübhəli şəxs
ov tüfəngi
rayon prokurorluğu
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_293:331:1920:1246_1920x0_80_0_0_4b1fe3ba7cc86ca733d34fefbb00dfdd.jpg
BAKI, 23 fevral — Sputnik. Göyçayda iş adamı kafedə öldürülüb. Qətl hadisəsi axşam saatlarında rayonda olan kafelərin birində baş verib. İlkin məlumatlara görə, Göyçayın Şəkər kənd sakini, 35 yaşlı Nicat Əliyev rayonda olan kafelərdən birində şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 45 yaşlı Cavanşir Şükürovu öldürüb.Hadisəni törədən N Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin Rusiyaya meyvə ixrac edən iş adamı olduğu bildirilir.Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Göyçay Rayon Prokurorluğu iş adamının qətli ilə bağlı rəsmi məlumat da yayılıb.Prokurorluqdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:"Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə istintaq davam edir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_213:0:1920:1280_1920x0_80_0_0_eb911d8845a49d20cbf749ea39388b97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qətl, göyçay, şübhəli şəxs, ov tüfəngi, rayon prokurorluğu
qətl, göyçay, şübhəli şəxs, ov tüfəngi, rayon prokurorluğu
Göyçaydakı qətllə bağlı məlumat yayılıb
Hadisəni törədən N Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin Rusiyaya meyvə ixrac edən iş adamı olduğu bildirilir.
BAKI, 23 fevral — Sputnik. Göyçayda iş adamı kafedə öldürülüb. Qətl hadisəsi axşam saatlarında rayonda olan kafelərin birində baş verib. İlkin məlumatlara görə, Göyçayın Şəkər kənd sakini, 35 yaşlı Nicat Əliyev rayonda olan kafelərdən birində şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 45 yaşlı Cavanşir Şükürovu öldürüb.
Hadisəni törədən N Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin Rusiyaya meyvə ixrac edən iş adamı olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Göyçay Rayon Prokurorluğu iş adamının qətli ilə bağlı rəsmi məlumat da yayılıb.
Prokurorluqdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.