https://sputnik.az/20220223/erdogan-eliyev-ve-putine-zeng-edib-439506111.html
Ərdoğan Əliyev və Putinə zəng edib
Ərdoğan Əliyev və Putinə zəng edib
Sputnik Azərbaycan
Türkiyə lideri Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacibliyini qeyd edib. 23.02.2022, Sputnik Azərbaycan
2022-02-23T18:42+0400
2022-02-23T18:42+0400
2022-02-23T20:09+0400
siyasət
rəcəb tayyip ərdoğan
prezident ilham əliyev
vladimir putin
ermənistan
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433645776_0:0:2889:1626_1920x0_80_0_0_0ce9f5704336723a19c54c594a2cedb4.jpg
BAKI, 23 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı və rusiyalı həmkarları ilə telefonla danışıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə Ərdoğanın administrasiyası xəbər yayıb. Ərdoğan Prezident İlham Əliyevlə söhbətində Türkiyə-Azərbaycan əməkdaşlığı və Ermənistanla əlaqələr, eləcə də Rusiya-Ukrayna böhranı və bölgədəki vəziyyət barədə fikir mübadiləsi aparıb.Liderlər ikitərəfli münasibətlər və regional məsələlərdə koordinasiyada hərəkət etmək əzmində olduqlarını təsdiqləyiblər.Vladimir Putinlə söhbətində Ərdoğan bildirib ki, yaxınlarda onun Türkiyəyə səfər edərək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakını gözləyir. Rusiya-Ukrayna məsələsinin müzakirə edildiyi telefon danışığında Prezident Ərdoğan rusiyalı həmkarı ilə regional məsələlərdə qurduğu sıx dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini vurğulayıb. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu deyən Türkiyə lideri Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacibliyini qeyd edib. Hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini vurğulayan Ərdoğan bəyan edib ki, Türkiyə gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazırdır.Qeyd edək ki, bundan öncə Ərdoğan Ermənistanla münasibətlərə dair jurnalistlərin suallarını cavablayıb. "Yerevan münasibətlərin normallaşması prosesini davam etdirməkdə qərarlı olarsa, Türkiyə Ermənistana qapılarını bağlamayacaq", - Ərdoğan Afrika turundan qayıtdıqdan sonra təyyarədə jurnalistlərə deyib.Türkiyə Prezidenti qeyd edib ki, Ermənistan tərəfi münasibətlərin normallaşdırılması prosesini davam etdirmək əzmindədirsə, qapıları bağlı saxlamaqdan söhbət gedə bilməz: "Bildiyiniz kimi, yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin ilk iclası keçirilib. Növbəti görüşün fevralın 24-də Vyanada keçirilməsi planlaşdırılır".Ərdoğan insani münasibətlərin gücləndirilməsi üçün birbaşa hava əlaqələrinin bərpa edilməsinə diqqət çəkib: "Bu ayın əvvəlindən etibarən Ankara və Yerevan arasında uçuşlar həyata keçirilir. Ermənistan tərəfinin pozitiv davranışlarının davamlı olmasını gözləyirik. "3+3" formatı vasitəsilə də Türkiyə-Ermənistan arasındakı problemləri geridə buraxmaq niyyətindəyik. Biz bütün bu prosesləri indiyə qədər olduğu kimi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçiririk. Azərbaycan Prezidenti İlham qardaşım da bu prosesi faydalı hesab edir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433645776_120:0:2851:2048_1920x0_80_0_0_35b28cabd75da6c33e695067d4dfb361.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə prezidenti azərbaycan və rusiya rəhbərliyi ilə nə danışdı
türkiyə prezidenti azərbaycan və rusiya rəhbərliyi ilə nə danışdı
Ərdoğan Əliyev və Putinə zəng edib
18:42 23.02.2022 (Yenilənib: 20:09 23.02.2022) Türkiyə lideri Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacibliyini qeyd edib.
BAKI, 23 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı və rusiyalı həmkarları ilə telefonla danışıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ərdoğanın administrasiyası xəbər yayıb.
Ərdoğan Prezident İlham Əliyevlə söhbətində Türkiyə-Azərbaycan əməkdaşlığı və Ermənistanla əlaqələr, eləcə də Rusiya-Ukrayna böhranı və bölgədəki vəziyyət barədə fikir mübadiləsi aparıb.
Liderlər ikitərəfli münasibətlər və regional məsələlərdə koordinasiyada hərəkət etmək əzmində olduqlarını təsdiqləyiblər.
Vladimir Putinlə söhbətində Ərdoğan bildirib ki, yaxınlarda onun Türkiyəyə səfər edərək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirakını gözləyir.
Rusiya-Ukrayna məsələsinin müzakirə edildiyi telefon danışığında Prezident Ərdoğan rusiyalı həmkarı ilə regional məsələlərdə qurduğu sıx dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini vurğulayıb.
Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu deyən Türkiyə lideri Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacibliyini qeyd edib. Hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini vurğulayan Ərdoğan bəyan edib ki, Türkiyə gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazırdır.
Qeyd edək ki, bundan öncə Ərdoğan Ermənistanla münasibətlərə dair jurnalistlərin suallarını cavablayıb.
"Yerevan münasibətlərin normallaşması prosesini davam etdirməkdə qərarlı olarsa, Türkiyə Ermənistana qapılarını bağlamayacaq", - Ərdoğan Afrika turundan qayıtdıqdan sonra təyyarədə jurnalistlərə deyib.
Türkiyə Prezidenti qeyd edib ki, Ermənistan tərəfi münasibətlərin normallaşdırılması prosesini davam etdirmək əzmindədirsə, qapıları bağlı saxlamaqdan söhbət gedə bilməz: "Bildiyiniz kimi, yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin ilk iclası keçirilib. Növbəti görüşün fevralın 24-də Vyanada keçirilməsi planlaşdırılır".
Ərdoğan insani münasibətlərin gücləndirilməsi üçün birbaşa hava əlaqələrinin bərpa edilməsinə diqqət çəkib: "Bu ayın əvvəlindən etibarən Ankara və Yerevan arasında uçuşlar həyata keçirilir. Ermənistan tərəfinin pozitiv davranışlarının davamlı olmasını gözləyirik. "3+3" formatı vasitəsilə də Türkiyə-Ermənistan arasındakı problemləri geridə buraxmaq niyyətindəyik. Biz bütün bu prosesləri indiyə qədər olduğu kimi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçiririk. Azərbaycan Prezidenti İlham qardaşım da bu prosesi faydalı hesab edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.