https://sputnik.az/20220223/en-cox-xidmet-gostermis-tibb-muessiselerinin-ilk-onlugu---siyahi-439498298.html
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu - SİYAHI
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu - SİYAHI
Sputnik Azərbaycan
Yanvar ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələri üzrə 1 milyondan çox tibbi xidmət göstərilib. 23.02.2022, Sputnik Azərbaycan
2022-02-23T23:09+0400
2022-02-23T23:09+0400
2022-02-23T23:09+0400
tibb
səhiyyə
xidmət
müraciət
onluq
itsda
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_0:0:1920:1080_1920x0_80_0_0_a10471614af9f415b2b518d6766f927c.jpg
BAKI, 23 fevral — Sputnik. İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin yanvar ayı ərzində Bakı Tibbi ərazi birliyi (TƏB) üzrə 217 min 267 və Sumqayıt TƏB üzrə 59 min 449 vətəndaşa müvafiq olaraq 904 min 420 və 192 min 11 tibbi xidmət göstərilib.Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı TƏB üzrə 408 min 324 müraciət, Sumqayıt TƏB üzrə isə 102 min 709 müraciət qeydə alınıb. Ümumilikdə hər iki TƏB üzrə tibb müəssisələrinə daxil olan 511 min 33 müraciət əsasında vətəndaşlara 1 milyon 96 min 431 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 805 min 932-si ambulator, 290 min 499-u isə stasionar şəraitdə göstərilib.2022-ci ilin yanvar ayı üzrə həmin tibbi ərazi bölmələrində əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edirik:Bakı TƏB üzrə əhalinin hər min nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (271), Sabunçu (268), Səbail (261), Nərimanov (251), Pirallahı (245), Nəsimi (232), Xəzər (217), Suraxanı (145), Xətai (109) və Qaradağ (102). Sumqayıt TƏB üzrə isə əhalinin hər min nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 154 təşkil edib.Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntusu, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, zədələr və zəhərlənmələrlə bağlı olub.Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (169 min 580), Kliniki Tibbi Mərkəz (110 min 697), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (89 min 835), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (81 min 246), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (74 min 9), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (69 min 616), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (31 min 308), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (27 min 941), M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (20 min 630) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (19 min 334).Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası və 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası.Məlumata əsasən, bütün ölkə üzrə cari ilin yanvar ayı ərzində 681 min 604 nəfərə 1 milyon 166 min 659 müraciət üzrə 2 milyon 584 min 895 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 milyon 101 min 326-sı ambulator, 483 min 569-u isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərin 1 milyon 861 min 124-dən (72 faiz) böyüklər, 723 min 771-dən (28 faiz) isə uşaqlar yararlanıb.2021-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 57 min 500-dür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/54/423455424_131:0:1838:1280_1920x0_80_0_0_add9589e9c0b912cc094e6601d836de2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tibbi xidmət: hansı şəhər xəstəxanası neçə min müraciət qəbul edib onluq
tibbi xidmət: hansı şəhər xəstəxanası neçə min müraciət qəbul edib onluq
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu - SİYAHI
Yanvar ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələri üzrə 1 milyondan çox tibbi xidmət göstərilib.
BAKI, 23 fevral — Sputnik. İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin yanvar ayı ərzində Bakı Tibbi ərazi birliyi (TƏB) üzrə 217 min 267 və Sumqayıt TƏB üzrə 59 min 449 vətəndaşa müvafiq olaraq 904 min 420 və 192 min 11 tibbi xidmət göstərilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı TƏB üzrə 408 min 324 müraciət, Sumqayıt TƏB üzrə isə 102 min 709 müraciət qeydə alınıb. Ümumilikdə hər iki TƏB üzrə tibb müəssisələrinə daxil olan 511 min 33 müraciət əsasında vətəndaşlara 1 milyon 96 min 431 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 805 min 932-si ambulator, 290 min 499-u isə stasionar şəraitdə göstərilib.
2022-ci ilin yanvar ayı üzrə həmin tibbi ərazi bölmələrində əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edirik:
Bakı TƏB üzrə əhalinin hər min nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (271), Sabunçu (268), Səbail (261), Nərimanov (251), Pirallahı (245), Nəsimi (232), Xəzər (217), Suraxanı (145), Xətai (109) və Qaradağ (102). Sumqayıt TƏB üzrə isə əhalinin hər min nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 154 təşkil edib.
Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntusu, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, zədələr və zəhərlənmələrlə bağlı olub.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (169 min 580), Kliniki Tibbi Mərkəz (110 min 697), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (89 min 835), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (81 min 246), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (74 min 9), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (69 min 616), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (31 min 308), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (27 min 941), M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (20 min 630) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (19 min 334).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası və 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası.
Məlumata əsasən, bütün ölkə üzrə cari ilin yanvar ayı ərzində 681 min 604 nəfərə 1 milyon 166 min 659 müraciət üzrə 2 milyon 584 min 895 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 milyon 101 min 326-sı ambulator, 483 min 569-u isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərin 1 milyon 861 min 124-dən (72 faiz) böyüklər, 723 min 771-dən (28 faiz) isə uşaqlar yararlanıb.
2021-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 57 min 500-dür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.