Dubayda "Gələcəyin Muzeyi": dünyanın ən gözəli indi odur? - FOTO
Dubayda "Gələcəyin Muzeyi": dünyanın ən gözəli indi odur? - FOTO
Sputnik Azərbaycan
Memarlıq möcüzəsinin və ən böyük texnologiya sərgisinin necə göründüyünü Sputnik Azərbaycan fotolentində izləyə bilərsiniz. 23.02.2022, Sputnik Azərbaycan
BAKI, 23 fevral — Sputnik. "Gələcəyin Muzeyi" fevralın 22-də Dubayda açılıb və artıq "National Geographic" jurnalı tərəfindən planetin ən gözəl 14 muzeyindən biri seçilib. Bu, həqiqətən də dünyanın hər yerindən turistləri cəlb edəcək bir yerdir.Yetkin insan üçün biletin qiyməti 145 dirhəmdir (40 dollar).Dubaydakı "Gələcəyin Muzeyi" kosmonavtika, davamlı inkişaf və ekologiya, iqlim dəyişikliyi ilə mübarizə və qabaqcıl səhiyyə texnologiyaları məsələlərinə həsr olunub.Sonuncu mərtəbə uşaqlar üçün nəzərdə tutulub: təhsil bölməsində onlar indinin və gələcəyin problemlərini müstəqil olaraq araşdırıb həll edəcəklər. Muzeydə gələcəyi formalaşdıran innovasiyaları araşdırmaq üçün ən müasir texnologiyalardan və elmi həllərdən istifadə etməklə təhsil kursları, ustad dərsləri və müzakirələr keçiriləcək.
Memarlıq möcüzəsinin və ən böyük texnologiya sərgisinin necə göründüyünü Sputnik Azərbaycan fotolentində izləyə bilərsiniz.
BAKI, 23 fevral — Sputnik. "Gələcəyin Muzeyi" fevralın 22-də Dubayda açılıb və artıq "National Geographic" jurnalı tərəfindən planetin ən gözəl 14 muzeyindən biri seçilib. Bu, həqiqətən də dünyanın hər yerindən turistləri cəlb edəcək bir yerdir.
"Gələcəyin Muzeyi"nin korpusu paslanmayan poladdan ibarətdir, ərəb kalliqrafiyası ilə yazılan Dubay hökmdarı Şeyx Məhəmmədin sitatları ilə örtülmüşdür.
"Gələcəyin Muzeyi"nin korpusu paslanmayan poladdan ibarətdir, ərəb kalliqrafiyası ilə yazılan Dubay hökmdarı Şeyx Məhəmmədin sitatları ilə örtülmüşdür.
Dubaydakı "Gələcəyin Muzeyi" - indi dünyanın bütün telefonlarının ekran şəklidir.
Yetkin insan üçün biletin qiyməti 145 dirhəmdir (40 dollar).
Dubaydakı "Gələcəyin Muzeyi" kosmonavtika, davamlı inkişaf və ekologiya, iqlim dəyişikliyi ilə mübarizə və qabaqcıl səhiyyə texnologiyaları məsələlərinə həsr olunub.
Sonuncu mərtəbə uşaqlar üçün nəzərdə tutulub: təhsil bölməsində onlar indinin və gələcəyin problemlərini müstəqil olaraq araşdırıb həll edəcəklər. Muzeydə gələcəyi formalaşdıran innovasiyaları araşdırmaq üçün ən müasir texnologiyalardan və elmi həllərdən istifadə etməklə təhsil kursları, ustad dərsləri və müzakirələr keçiriləcək.