https://sputnik.az/20220223/dorduncu-senaye-nqilabi-sebekesinin-azerbaycan-merkezi-acilib---foto-439494934.html
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb - FOTO
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb - FOTO
Sputnik Azərbaycan
MDB regionunda ilk olan bu Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə... 23.02.2022, Sputnik Azərbaycan
2022-02-23T19:48+0400
2022-02-23T19:48+0400
2022-02-23T19:48+0400
mikayıl cabbarov
iqtisadiyyat
sənaye
inqilab
mərkəz
bakı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439494676_0:98:1867:1148_1920x0_80_0_0_511d1c3647f4c255b07250e99de67adf.jpg
BAKI, 23 fevral — Sputnikv. Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışı qeyd edilib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.Nazir qeyd edib ki, MDB regionunda ilk olan bu Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə mühüm töhfə verəcək.Qeyd edək ki, Prezident İlham Əliyev ötən il yanvarın 6-da "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.Dördüncü Sənaye İnqilabı maşın öyrənməsi, süni intellekt, üçölçülü çapetmə (3D printer), robotlar, pilotsuz uçuş aparatları və nəqliyyat vasitələri, blokçeyn texnologiyası, neyrotexnologiyalar, implantasiya oluna bilən texnologiyalar, bulud texnologiyaları və digər inqilabi texnologiyalar hesabına ortaya çıxıb.Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidlik edirik.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439494676_104:0:1764:1245_1920x0_80_0_0_257007692fa3042120a640e9b2d651d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dördüncü sənaye inqilabı şəbəkəsinin azərbaycan mərkəzi açılıb - foto
dördüncü sənaye inqilabı şəbəkəsinin azərbaycan mərkəzi açılıb - foto
Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb - FOTO
MDB regionunda ilk olan bu Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə mühüm töhfə verəcək
BAKI, 23 fevral — Sputnikv. Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışı qeyd edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, MDB regionunda ilk olan bu Mərkəzin fəaliyyəti ölkəmizdə müasir texnologiyalardan istifadənin və rəqəmsallaşmanın sürətlənməsinə, innovasiyaların tətbiqinə mühüm töhfə verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il yanvarın 6-da "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.
Dördüncü Sənaye İnqilabı maşın öyrənməsi, süni intellekt, üçölçülü çapetmə (3D printer), robotlar, pilotsuz uçuş aparatları və nəqliyyat vasitələri, blokçeyn texnologiyası, neyrotexnologiyalar, implantasiya oluna bilən texnologiyalar, bulud texnologiyaları və digər inqilabi texnologiyalar hesabına ortaya çıxıb.
Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidlik edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.