Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda zəngin külək enerji potensialı müzakirə olunub - FOTO

© REUTERS / Bing GuanKülək elektrik stansiyaları
Külək elektrik stansiyaları - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
Azərbaycan və Qətər arasında enerji əməkdaşlığının inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib.
BAKI, 23 fevral — Sputnik. Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri, "Qatar Energy" şirkətinin prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə qlobal qaz bazarında inkişaf meylləri, iki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib.
Azərbaycanın ənənəvi və bərpa olunan enerji potensialı, qaz ixrac infrastrukturu və hədəfləri barədə məlumat verən energetika naziri Pərviz Şahbazov qeyd edib ki, Azərbaycan-Qətər enerji əməkdaşlığının qurulması üçün münasib vaxtdır.
© Photo : Ministry of Energy of AzerbaijanEnergetika naziri və Qətərin enerji məsələləri üzrə dövlət naziri arasında görüş
Energetika naziri və Qətərin enerji məsələləri üzrə dövlət naziri arasında görüş - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Energetika naziri və Qətərin enerji məsələləri üzrə dövlət naziri arasında görüş
Nazir bu istiqamətdə "Nebras Power" ilə qaz-turbin, eləcə də külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlığa başlandığını söyləyib. Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda zəngin külək enerji potensialı da enerji əməkdaşlığı üçün perspektiv istiqamət kimi diqqətə çatdırılıb.
Söhbət zamanı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün təmasların davam etdirilməsi razılaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0